Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hərbi cinayətkar Köçəryan və əlatılarını Haaqa Məhkəməsinə verə bilərmi?

Azərbaycan təkcə Robert Köçəryanın deyil, azərbaycanlılara qarşı cinayətlərdə əli olan Sərkisyan, Ohanyan kimi hərbi cinayətkarların Beynəlxalq Haaqa Məhkəməsində mühakimə olunmalarına nail olmalıdır

Ələsgər Məmmədli: “İstər Xocalı, istərsə də Dağlıq Qarabağ və onun ətrafında Azərbaycan xalqına qarşı baş verən qanlı hadisələrdə Serj Sərkisyanın və Köçəryanın kifayət qədər rolu olub və bununla bağlı Azərbaycan höküməti, hüquq-mühafizə orqanları istənilən an hüquqi müstəvidən çıxış edə bilərlər”.

İsmayıl Kəngərli: “Bunun üçün zərərçəkənlər və ya onların varisləri, QHT-lər BCM-in Prokuroruna müraciət etməlidirlər”.

Yaxın zamanlarda Ermənistanın ikinci prezidenti, Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım həyata keçirənlərin başında duran Robert Köçəryan məhkəmə qarşısına çıxarılacaq. Xatırladaq ki, ötən il iyul ayının 26-da sabiq prezident R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunub. Həmin hadisələr nəticəsində isə 10 nəfər ölüb.

Ölkə ictimaiyyətində belə fikirlər dolaşır ki, bu cür məqamdan Azərbaycan da maksimum istifadə etməli, soydaşlarımızın qanını tökən qatil Köçəryanın Azərbaycan ərazilərində törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq məhkəmədə mühakimə olunmasına və haqq etdiyi cəzanı almasına çalışmalıdır. Unutmaq olmaz ki, Köçəryanın xarici siyasətindəki əməlləri də onun zorakılığa meylli olduğunu bir daha sübut edir. Belə ki, keçmiş prezidenti Robert Köçəryanın azərbaycanlılara qarşı törədilən soyqırımda, kütləvi qırğınlara birbaşa rəhbərlik etmiş şəxsdir. Azərbaycan təkcə Robert Köçəryanın deyil, azərbaycanlılara qarşı cinayətlərdə əli olan Sərkisyan, Ohanyan kimi hərbi cinayətkarların Beynəlxalq Haaqa Məhkəməsində mühakimə olunmalarına nail olmalıdır.

Maraqlıdır ki, Azərbaycan tərəfinin Köçəryan, Serj Sarkisyan da daxil olmaqla, o zaman onun əlaltısı olan digər hərbi cinayətkarların Dağlıq Qarabağda törətdikləri kütləvi qətllərinə görə Beynəlxalq Haaqa Məhkəməsinə verməsi üçün hüquqi imkanları mövcuddurmu və bu imkanlardan yararlanmaq üçün Azərbaycan hansı zəruri addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı beynəlxalq hüquq üzrə mütəxəssislər hüquqşünas Ələsgər MəmmədliKəngərli və Partnyorları” Vəkil Bürosunun rəhbəri, vəkil İsmayıl Kəngərlinin fikirlərini öyrənib.

Ələsgər Məmmədli: “İlk növbədə, bunun üçün Azərbaycanda cinayət işi açılmalı, həmin şəxslər beynəlxalq axtarışa verilməli və məsələ legitimləşməlidir”.

“Ümumiyyətlə, Köçəryana qarşı irəli sürülən ittiham 2008-ci ildə keçirilən seçkilərdə hakimiyyətin devrilməsi və Sərkisyana təslimi zamanı əhali etiraz etmişdi və bu etiraz aksiyasına qanlı müdaxilə edilmişdi. Hətta müdaxilə zamanı bir neçə nəfər də həyata itirmişdi. Lakin buna baxmayaraq, hakimiyyət Sərkisyana ötürülmüşdü. İrəli sürülən son ittiham məhz bu məsələ ilə bağlıdır.

İstər Xocalı, istərsə də Dağlıq Qarabağ və onun ətrafında Azərbaycan xalqına qarşı baş verən qanlı hadisələrdə Serj Sərkisyanın və Köçəryanın kifayət qədər rolu olub və bununla bağlı Azərbaycan höküməti, hüquq-mühafizə orqanları istənilən an hüquqi müstəvidən çıxış edə bilərlər. İlk növbədə, bunun üçün Azərbaycanda cinayət işi açılmalı, həmin şəxslər beynəlxalq axtarışa verilməli və məsələ legitimləşməlidir.

Bu kateqoriyalardan sonra hansısa tədbirlərin görülməsi ilə bağlı beynəlxalq tribunaya qədər getmək olar. Bu baxımdan indiki vəziyyətdə mövcud olan məsələlər bir-birindən fərqli və müstəqildir.

Ermənistanın daxili siyasəti baxımından baş verənlər sırf onun cəmiyyəti üçün keçərlidir. Sadəcə müstəqil olaraq, Azərbaycan tərəfi özünə aid məsələ ilə bağlı prosesə başlaya bilər”.

İsmayıl Kəngərli: ““Ermənistanın özündə belə Köçəryanın insanlıq əleyhinə cinayətdə ittiham olunması bir daha onu göstərir ki, Köçəryan-Sarkisyan rejimi artıq öz ölkələrində cinayət törətdikləri halda, Azərbaycanın ərazilərini işğal etdikləri zaman daha dəhşətli cinayətlər törədiblər”.

Köçəryan-Sarkisyan rejiminin azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə Azərbaycan tərəfinin Haaqa beynəlxalq məhkəməsinə müraciətinin mümkün olduğunu qeyd edən vəkil İsmayıl Kəngərlinin fikrincə, bu istiqamətdə zərərçəkənlər və ya onların varisləri, QHT-lər BCM-in Prokuroruna müraciət etməlidirlər:

“1998-ci ildə Romada Beynəlxalq Cinayət Məhkəmə Statunun imzalanıb. BCM-nin əsas funksiyası onun Satutunun girişində deyildiyi kimi dünyada sülhə, təhlükəsizliyə və rifaha təhlükə törədilməsində təqsirləndirilən şəxsləri mühakimə etməkdir. Bu gün 130-a yaxın ölkə Satutu imzalayaraq, BCM-də iştirakçı statusuna malikdir. ABŞ, Rusiya, İran, Ermənistan və bir sıra başqa dövlətlər Statunu imzalasalar da, onu hələ ki, ratifikasiya etməyiblər.

BCM aşağıdakı cinayətlərin istintaqı və mühakiməsini aparmağa səlahiyyətlidir: 1) soyqrım; 2) insanlıq əleyhinə olan cinayətlər; 3) hərbi cinayətlər; 4) təcavüz.

Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsidir. ( Statunun 6-cı maddəsi).

Statun insanlıq əleyhinə olan cinayətlərinə aşağıdakıları aid edir:

1. öldürmək;
2. məhv etmək;
3. köləlik (quldarlıq);
4. deportasiya etmə və ya əhalinin zorla köçürülməsi;
5. beynəlxalq hüququn fundamental qaydalarının pozulmasıyla müşayət olunan həbs və ya fiziki azadlıqdan digər ağır formada məhrumetmə;
6. işgəncə;
7. zorlama, cinsi köləlik, məcburi faişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya hər hansı digər ağır cinsi zorakılıq formaları;
8. siyasi, irqi, milli, etnik, mədəni, dini, cins və başqa əlamətlərə görə hər hansı bir qrupun və ya icmanın beynəlxlaq hüquqla bir araya sığmayan təqibi;
9. şəxslərin məcburi yoxa çıxması;
10. aparteid cinayəti;
11. qəsdən ağır əzab, və ya fiziki və psixoloji sağlamlığa ağır xəsarətlə müşayət olunan digər analoji qeyri-insani əməllər (Statutun 7-ci maddəsi).

İsmayıl Kəngərli: “ErmənistanAzərbaycan Statunu ratifikasiya etməsələr də, Azərbaycan ərazisində insanlıq əleyhinə cinayətlər törətmiş Köçəryan və Sarkisyan barəsində BCM-də araşdırma başlaya bilər”.

BCM-də icraatı kimlər başlaya bilər? Stautun 13-cü maddəsinə görə, BCM-də icraat aşağıdakı 3 yolla başlanıla bilər:

1) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya Statuta tərəf olan dövlətin təşəbbüsülə BCM-nin prokuroruna təqdim edilməklə;

2) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən BCM-nin prokuroruna təqdim edilməklə. Bu zaman ərazisində sözü gedən cinayətlərin baş verdiyi dövlətin BCM Statutuna üzv olub-olmaması heç bir əhəmiyyət kəsb etmir.
3) BCM-nə zərərçəkmişlərdən, qeyri-hökümət təşkilatlarından və digər mənbələrdən daxil olan informasiyalara əsasən BCM prokurorun öz təşəbbüsülə (proprio motu).

Göründüyü kimi, ErmənistanAzərbaycan Statunu ratifikasiya etməsələr də, Azərbaycan ərazisində insanlıq əleyhinə cinayətlər törətmiş Köçəryan və Sarkisyan barəsində BCM-də araşdırma başlaya bilər. Bunun üçün zərərçəkənlər və ya onların varisləri, QHT-lər BCM-in Prokuroruna müraciət etməlidirlər.

Həmçinin Ermənistanın özündə belə Köçəryanın insanlıq əleyhinə cinayətdə ittiham olunması bir daha onu göstərir ki, Köçəryan-Sarkisyan rejimi artıq öz ölkələrində cinayət törətdikləri halda Azərbaycanın ərazilərini işğal etdikləri zaman daha dəhşətli cinayətlər törədiblər.

Bundan başqa bir məsələni də unutmaq olmaz ki, bu cinayətlər Müdafiə Nazirliyinin iştirakı olmadan törədilə bilməzdi. Odur ki, Ohanyan və həmin dövrdə müdafiə naziri işləyən şəxsləri də mütləq buraya cəlb etmək lazımdır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar