Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Savelyev: "Qorbaçovun əməllərinə qiymət verilməyib"

“Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı ilin yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim”, - deyə Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib

Deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşılarında əks olunan simalarına diqqətlə baxmasından danışıb. “Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar”, - deyə deputat xatırladıb.

D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: “Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm, Sovet İttifaqının o vaxtkı lideri belə cinayətkar əmri necə verə bilərdi? Bu, xalqa qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt dahi Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.

Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. “Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq. Nə qədər ki, biz sizinlə bunu xatırlayırıq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyə D.Savelyev bildirib. (azərtac)

pia.az


Etiket: Dmitri Savelyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar