Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq

Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (s) qızı Fatimənin (s.ə) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox?

Həyat yoldaşı da Xanımın (s.ə) yanına gəlir və bu sualı verir.

Xanım (s.ə) buyurur: “Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə - o, bizim davamçılarımızdandır”.

Həyat yoldaşı gəlir və Xanımın (s.ə) sözlərini ərinə deyir. Əri deyir: “Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar”.

Kişinin xanımı yenə Həzrət Fatimənin (s.ə) yanına gəlir və ərinin sözlərini banuya çatdırır. Həzrət Fatimə (s.ə) buyurur: “Ona de ki, güman etdiyi kimi deyildir. Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar.

Əgər bizim əmr və nəhyimizlə müxaliflik edərsə, bizim davamçımız deyildir, baxmayaraq ki, behiştə getsə belə. Ancaq bəla və çətinliklər vasitəsilə günahlardan pak olandan sonra. Və ya Qiyamət günü müxtəlif çətinliklərdən və ya cəhənnəmin ən üstün təbəqəsində əzab olduqdan sonra pak olar.

O zaman bizə qarşı olan məhəbbətinə görə cəhənnəmdən ona nicat verərik və öz yanımıza apararıq”. (İslami saytlara istinadən) (deyerler.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar