Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi

Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb

ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.

Elçinin cənazəsi Bakı vaxtilə səhər 8:30-da Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb.

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub. 2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində «Fixer Electronic Repair» dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Qeyd edək ki, dostları Elçinin meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.(femida.az)

pia.az


Etiket: Elçin Xəlilov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar