Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilər

Son vaxtlar baş ağrılarından şikayətlənməyən yoxdur, az qala əhalinin üçdə ikisi həmin problemlə əlaqədar narahatlığını bildirir

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova universitetin mətbuat xidmətinə bu barədə müsahibə verib.

Həkim-nevropatoloq deyib: "Son vaxtlar müraciətlərin çoxu başağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı başağrısından şikayətlənir.

Başağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər ən çox hansı xəstəliklə bağlı həkimə müraciət edilməsi barədə araşdırma aparıblar. Məlum olub ki, müraciətlərin 70 faizini başağrıları təşkil edir. Bunun üzərinə xəstələrin özlərini evdə müalicə olunduqlarını, həkimə müraciətdən qorxma hallarını və digər məsələləri də gəlsək, onda xəstələrin müraciətini əks etdirən həmin rəqəm bir qədər də artar.

Başağrısı zamanı aptekdən dərmanı alıb atmaq düzgün deyil, mütləq həkim müayinəsinə ehtiyac var. Əgər həmin ağrılar həftədə iki dəfə narahatlıq yaradırsa, nevropatoloqa müraciət etmək lazımdır".

Həkim-nevropatoloq müsahibə zamanı daha sonra deyib: "Başağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan ağrılar var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılar əmələ gəlir.

Həmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir, adətən ürəkbulanma və qusma ilə müşahidə olunur. Damar mənşəli başağrıları isə əhali arasında geniş yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və adi işıq zolağı, ani səs onlarda narahatlığa səbəb olur.

Miqrendən əziyyət çəkənlərdə də qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa, boyun yırtığı və osteoxondroz da başağrısına səbəb olur. Başağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər, xəstəliyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə müraciət etmək və yaranan sağlamlıq problemi ilə əlaqədar iş-işdən keçəndən sonra yox, vaxtında yoxlanılmaq lazımdır".(movqe.az)

pia.az


Etiket: Başağrısı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar