Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sarı jiletlilər” 10-cu dəfə mitinq keçirdi

Bu gün Fransada ümumilikdə 80 min adam "sarı gödəkçəli"lərin keçirdiyi etiraz aksiyasında iştirak edib

Artıq 10-cu dəfədir ki, belə bir aksiya baş tutur.

Bgünkü aksiya zamanı etirazçılar polislə əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət ediblər. Parisdə keçirilən aksiyaya isə 7 min nəfər qatılıb. Aksiya zamanı zorakılıq halları müşahidə olunmayıb. Yalnız mitinqə başladıqları meydana qayıtdıqdan, yəni aksiya əslində bitdikdən sonra etirazçılarla polislər arasında qarşıdurma qeydə alınıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz, sufışqıran qurğu və rezin güllələrdən istifadə edib. 42 etirazçı həbs olunub.

Hökumətə qarşı ən güclü etiraz aksiyası isə bu gün Tuluza şəhərində olub. Polisin verdiyi məlumata görə, Tuluzada 10 min nəfər mitinqə qoşulub. Orada 40 nəfər saxlanılıb. Ən dağıdıcı aksiya isə Bordo şəhərində müşahidə olunub. Orada zirehli maşınların arxasında daldalanan polislərlə etirazçılar arasında ciddi qarşıdurma olub. 50 nəfərdən çox adam polis nəzarəti altına alınıb.

Müşahidəçilər deyir ki, bu dəfə aksiyaya qatılanlar xeyli az olub. Bu arada isə, Fransa prezidenti Emmanuel Makron ölkədəki sosial-iqtisadi durumla bağlı müzakirələrə start verib. Fransa mediası mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdadır.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar