Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı

"Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib"

Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar "milli şura" adalanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.

Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır.

Sübh tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər.

Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər Xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.

Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-da "Məhsul" stadionunda mitinq zamanı Əli Kərimli öz tərəfdarlarını yanvarın 20-də saat 15:00-da Şəhidlər Xiyabanına gəlməyə çağırıb.

Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, saxlanılan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib.(aznews.az)

pia.az


Etiket: Milli Şura

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar