Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda Məmmədyarov-Mnatsakanyan görüşü tənqid olunur

Ermənistan və Azərbaycan XİN başçılarının Parisdəki görüşü göstərdi ki, beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesini yenidən gündəmə gətirmək istəyir

Buna baxmayaraq, politoloqların fikrincə, atəşkəs rejiminin pozulması hallarının təhqiqi mexanizmlərinin tətbiqi haqqında Vyana razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlər görüşün gündəliyinə daxil edilməyib.

2018-ci ilin sentyabr ayında Azərbaycan prezidenti İlham ƏliyevErmənistan baş naziri Nikol Paşinyan atəşkəs rejiminin qarşısının alınması mexanizminin yaradılması haqda razılığa gəlmişdilər. Daha öncə Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsinə çağırmışdı. Buna cavab olaraq Azərbaycan hərbi ritorikanı artırmışdı.

İlham Əliyev və Nikol Paşinyan Düşənbədə MDB-nin zirvə görüşündə

Bəyanata görə, nazirlər görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə bir sıra məsələləri müzakirə ediblər və əhalinin sülhə hazırlaşdırılması məqsədilə konkret tədbirlərin gerçəkləşdirilməsinin zəruriliyi barədə razılaşıblar.

“Görüşdə ErmənistanAzərbaycan liderlərinin görüşünün təşkili üçün addımlar müzakirə olıunub”, - bəyanatda bildirilir.

Yanvarın 19-da Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federika Mogerininin ofisinin yaydığı bəyanatda bildirilir ki, Aİ tərəflərdən son görüşlərdə əldə olunmuş razılaşmaların tam yerinə yetirilməsini gözləyir.

Federika Mogerini

“Aİ xarici işlər nazirlərinin cəmiyyətlərin sülhə hazırlığına istiqamətlənmiş tədbirlər barədə sonuncu razılaşması və danışıların yenilənməsi üzrə addımlara baxılması da daxil olmaqla, əldə edilmiş razılaşmaların həyata keçirilməsini gözləyir”, - bəyanatda deyilir.

Erməni siyasi şərhçi Stepan Safaryan “Kavkazski uzel”in müxbirinə bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin yenidən gündəmə gətirilməsi cəhdləri edilir.

Onun fikrincə, hazırkı mərhələdə tərəflər münaqişənin tənzimlənməsi yollarını deyil, etimad atmosferinin formalaşdırılması və əlaqələrin qurulması üçün imkanlar axtarırlar.

Stepan Safaryan

“Bu, danışıqlar prosesin bir hissəsidir. Lakin onu danışıqların predmeti adlandırmaq çətindir, çünki bu məsələ bilavasitə münaqişənin tənzimlənəsinə və onun həlli variantlarına aid deyil. Hələ ki, danışıqlar üçün zəmin yaratmağa çalışırlar”, - Səfəryan deyir.

Eyni zamanda, siyasi icmalçı narahatlığını qeyd edib ki, erməni tərəfi Vyana razılaşmasının həyata keçirilməsini danışıqların gündəliyinə daxil etməyib. Onun müşahidələrinə əsasən, bu cür tendensiya 2017-ci ilin oktyabrında Cenevrədə keçirilmiş görüşdən sonra nəzərə çarpır.

Yerevan mətbuat klubunun rəhbəri Boris Navasardyan da hesab edir ki, dialoq qurmaq cəhdləri edilir ki, bu da gələcəkdə, onun fikrincə, daha konkret məsələlərin təfərrüatlı müzakirəsi üçün əsas rolunu oynaya bilər.

Boris Navasardyan

Ermənistan tərəfi iddiasını davam etdirməlidir ki, tərəqqi yalnız etimadın yüksəldilməsi və sərhəddə sakitliyin təmin edilməsi ilə mümkündür”, - ekspert bildirib.

Navasardyan güman edir ki, erməni tərəfi Vyana sazişinin həyata keçirilməsi məsələsini qaldırmır və bu “arqumentini” daha ciddi hallar üçün qoruyub saxlayır.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan tərəflərin yaxın gələcəkdə ümumi dil tapacağı perspektivinə şübhə ilə yanaşır.

Aleksandr İskəndəryan

Azərbaycan qarşılıqlı güzəştlərə hazır deyil. Əgər hazır olsaydı, bunun üçün inqilabı gözləməz və güzəştlər barədə danışıqları keçmiş rəhbərliklə başlayardı”, - o bildirib. Politoloq sərhəddə yenidən gərginləşmənin olacağını istisna etməyib. Lakin genişmiqyaslı müharibənin olacağını düşünmür.

“Gərginliyin azalması onunla bağlıdır ki, Azərbaycan rəhbərliyi indiki mərhələdə vəziyyəti gərginləşdirməyin lazım olmadığını anlayır. Lakin gərginlik artacaq”, - ekspert qeyd edib.

O, erməni tərəfinin Vyana sazişin məsələsini qaldırmamasını “taktiki düzgün” mövqe adlandırıb. “Bu, hər zaman danışıqlar masasına qoyula biləcək “arqumentdir”, - politoloq əminliyini vurğulayıb.

Akop Badalyan

Siyasi icmalçı Akop Badalyan isə qeyd edib ki, status-kvoya nəzarət siyasi mexanizmlərinin tətbiqi və gərginləşmə risklərinin azaldılması cəhdləri edilir. Onun fikrincə, status-kvonun qorunub saxlanması üçün səsləndirilməyən beynəlxalq razılaşma mövcuddur.

“Münaqişə zonasında bərqərar olmuş status-kvo legitimlik qazanıb... Həmsədrlər özləri də anlayırlar ki, qarşılıqlı güzəşt prinsipi işləmir və status-kvonun dəyişdirilməsi cəhdləri yeni müharibəyə səbəb olacaq”, - Badalyan deyir.

Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan problemin hərb yolu ilə həlli ideyasından imtina etməyəcək.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar