Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Washington Times”: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir

Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazılıb.

Səfir yazıb ki, Azərbaycanın həmin dövrdə imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı qurbanlar verərək yekunda istədiyi azadlığı və müstəqil gələcəyi əldə edə bildi. Diplomat əlavə edib ki, Azərbaycan öz ərazisini xarici hərbi mövcudluqdan azad etmiş ilk sovet ölkəsi oldu:

“Sovet qoşunları tərəfindən həmin gecə azərbaycanlılar, ruslar, tatarlar, yəhudilər və başqa xalqların nümayəndələri öldürüldü. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri həmin gecənin qurbanları üçün yas tutdu”.

E.Süleymanov məqalədə qeyd edib ki, həqiqətən də müstəqil və uğurlu Azərbaycan sovet rejiminin qurbanı olmuş şəxslərin xatirəsi üçün ən yaxşı dəyərdir:

“Müstəqillik Azərbaycana xaricdən müdaxilə olmadan öz xalqının maraqları üçün fəaliyyət göstərməyə imkan verdi”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar