Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub

Jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub

Dövlət İmtanah Mərkəzindən verilən məlumata görə, jurnalda qəbul kampaniyasının bütün mərhələ və aspektlərini müəyyən edən, başlıca tənzimləyici hüquqi-normativ sənəd - “Ali təhsil müəssisələrinə qəbul qaydaları” bir daha təqdim olunub.

Hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqram¬larında sistemlilik və ardıcıllıq prinsipləri gözlə¬nilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris mate¬rial¬larının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və s. verilib.

Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə tapşırıq nümunələri də verilib. Yeni qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Hər bir abituriyent bu tapşırıqlarla tanış olub, onların üzərində işləməklə özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.

Bu nömrədə təqdim olunan “Balların hesablan¬ma qaydası” başlığı altında verilmiş material¬ hər bir abituriyentə öz ballarını müstəqil şəkildə hesablamağa imkan yaradır.

“Açıq tipli tapşırıqların növləri və onlara aid nümunələr” başlığı altında verilmiş materialda həm cavabların kodlaşdırılması tələb olunan, həm də yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıq¬lar haqqında məlumat və nümunələr təqdim olunub.

Jurnalın ənənəvi “Soruşun, cavab verək” rubri¬kasında isə mütəxəssislər abituriyentlərdən və icti¬maiy¬yətdən Dövlət İmtahan Mərkəzinə daxil olan sual və müraciətlərə cavab verirlər.

Bu nömrədə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları da verilib. Həmin təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər bu elanlarla tanış olub, qəbul qaydaları barədə geniş və hərtərəfli məlumat ala bilərlər.

Jurnal iki dildə - Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən (bazar ertəsindən etibarən), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar