Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib - Video

Böyük Britaniyada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

“Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən səfir Tahir Tağızadə 20 yanvarın qürur hissləri ilə yada salındığını bildirib. “Bu xalqımızın istiqlaliyyətə doğru atdığı bir addım idi və şəhidlərimiz olmadan Azərbaycan müstəqilliyini bərpa etmək çox çətin olardı. Həmin illərdə, bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin bunlardan ən qanlısı demək olar ki, məhz Bakıda həyata keçirilib. Lakin bunu planlayanlar, törədənlər öz məqsədlərinə çata bilmədilər və xalqımız öz azadlığını və müstəqilliyini qurbanlar bahasına geri almağa nail oldu”,- T.Tağızadə şəhidlərin heç bir zaman unudulmayacağını qeyd edib.

Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına tarix İnstitutunun "Azərbaycan Xalq Cümhuriyyəti tarixi" şöbəsinin müdiri Nigar Maksvell çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirlərini, fikirlərini bölüşüblər.

Daha sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Azərbaycanın istedadlı tarzənlərindən olan Rafiq Rüstəmovun ifasında həzin Azərbaycan musiqisi səsləndirilib, ehsan süfrəsi açılıb.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar