Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qan çanağı Balkanlar, fitnə ocağı Rusiya və böyük Serbiya iddiası...

Rusiya ənənəvi siyasətinə uyğun olaraq bölgədə yeni qan çanağı yaratmaq istəyir

Vladimir Putinin Serbiyaya rəsmi ziyarəti Qərbi yenidən qayğılandırıb.

Avropa rusların şovinist və ultramillətçi, hələ də Balkan torpaqlarında böyük Serbiya qurmaq xəyalı ilə yaşayan serblərə dəstək verməsində xeyirli heç nə görmür.

“On minlərlə serbin Vladimir Putini salamlamaq üçün Belqradda küçələrə axışması bütün Avropa üçün həyəcan siqnalı sayılmalıdır. Balkanlar ömür boyu həll olunmayan ziddiyyətlərin barıt çəlləyi kimi ortada qalıb. Putinin ziyarəti isə bölgənin yenidən dünyanın böyük dövlətlərinin çarpışdığı strateji nöqtəsinə çevirə bilər”,-deyə Böyük Britaniyanı “The Times” qəzeti yazır.

Avropanın problemi təsir rıçaqlarının məhdud olmasındadır. AB nə qədər genişlənməyə iştahlı olsa da, daxili ziddiyətlər məngənəsində sıxılır. Bundan başqa, İttifaqın bütün diqqətini yalnız hüquq normalaırna əməl olunmasına cəmələməsi yeni potensial üzvləri çəkindirir. Bu yaxınlara qədər əhalinin böyük etirazları ilə üzləşən Serbiya lideri Aleksandr Vuçiç kimi avtoritar liderlər üçün isə Putin güvənli tərəfdaş sayılır”,-deyə yazıda qeyd olunur.

Avropa Birliyi 6 Balkan ölkəsi ilə İttifaqa üzv olmaq barədə danışıqlar apardığı bir məqamda Putin səhnəyə çıxmaq və bölgəni alovlandırmaq üçün heç bir imkanı əldən qaçırmır”,-deyə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır.

Müəllif Piter Münx Rusiya prezidentinin Monteneqro (2016-cı ildə ruspərəst qüvvələrin təşkil etmək istədiyi və qarşısı alınan çevriliş) və Makedoniya (ölkənin AB və NATO-ya üzv olmaq üçün adının dəyişdirilməsi barədə qərarına mane ola bilməmək) uğursuzluqlarından sonra indi diqqətini 7 milyonluq əhalisi ilə bölgənin ən böyük ölkəsi sayılan Serbiyaya yönəltdiyini yazıb.(musavat.com)

pia.az


Etiket: Putin Səfər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar