Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şahbazlı: ” Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“Azərbaycana müxtəlif bəhanələrlə təzyiq etmək, onunla təhdid ritorikasında danışaraq müəyyən xarici dairələrin maraqlarının icraçısı olmağa məcbur etmək cəhdləri nəticəsiz və yersiz fəaliyyətdir. Azərbaycan dövləti və iqtidarı dəfələrlə sübut edib ki, yalnız hakimiyyətin mənbəyi olan Xalqımız qarşısında hesabatlıdır

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, M.Hüseynovun özünün aclıq aksiyasını dayandırdığını, vəziyyətinin yaxşı olduğunu, ona qarşı hər hansı təzyiqin olmadığını bildirməsinin, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatlarının da onunla görüşərək bunu təsdiq etməsinin fonunda Avropa Parlamentinin bu davranışı öncədən hazırlanan ssenarinin tərkib hissəsidir:

“Görünür, hazırda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr ölkəmizin uğurlarını həzm edə bilməyən dairələri ciddi narahat etməyə başlayıb. Azərbaycan kimliyindən asılı olmayaraq, hər bir vətəndaşının hüquq və azadlıqlarını müvafiq qanunlar və humanizm prinsipləri əsasında qoruyur. Mehman Hüseynovla bağlı məsələyə də qanunlar çərçivəsində baxılaraq, müvafiq qərar qəbul olunacaq. Mehmanla bağlı hər hansı məhkəmə qərarı olmadan bu məsələ ətrafında şou yaratmaq, tez-tələsik qətnamə qəbul etmək sadəcə Azərbaycana qarşı qərəzin təzahürüdür. 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Ermənistanda girov saxlanılan həmvətənlilərimizlə bağlı susan Avropalı deputatların Mehman Hüseynov hadisəsi üzərindən başımıza “insan hüquqları keşikçisi” kəsilməsi ikrah doğurur”.(editor.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar