Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır”

“YPG PKK-nın siyasi qanadıdır və PKK ilə bağlılığı var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik”

Bunu Ankarada səfərdə olan ABŞ-ın hakim Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem deyib.

Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərin yekunlarına dair mətbuat konfransında danışan senator bildirib ki, rəsmi Vaşinqtonun ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcu var: “İrəli getmək, naliyyət əldə etmək üçün şansımız var. Yol verdiyimiz səhvləri düzəltmək üçün isə şansımız və zamanımız tükənir, ona görə də Türkiyəyə gəlmişəm”.

L.Qrem vurğulayıb ki, terrorçu İŞİD qruplaşması hələ də dağlarda gizlənir: “Prezident Donald Trampa ABŞ-ın əvvəlki prezidenti Barak Obama kimi səhvə yol verməməsi üçün xəbərdarlıq etmişdim. ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general-mayor Cozef Danford YPG-nin Türkiyədən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərir, bununla bağlı bir layihəsi var. Barak Obama YPG-ni silahlandırıraq Türkiyə üçün kabus yaratdı”.(Report)

pia.az


Etiket: YPG PKK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar