Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizə niyə “qılınc müsəlmanı” deyirlər?

Heç şübhəsiz ki, hər birimiz mübahisə edən insanların bir-birinə və ya nəyisə düz etməyən insana “qılınc müsəlmanı” deyildiyini eşitmişik

Niyə bizə qılınc müsəlmanı deyirlər? Bu söz nə zaman ortaya çıxıb?

Bu barədə maraqlı faktı “Ölkə.Az”a tarixçi-alim Əkbər Nəcəf verib.
"Qılınc müsəlman" adının ortaya çıxmasının səbəbkarı Xarəzmşah Cəlaləddin Manqburnu olub. Belə ki, Xarəzmşah Cəlaləddin monqollar qarşısında məğlub olduqdan sonra 1225-ci ildə Azərbaycana gəlib yerləşdi. Həmin vaxt qıpçaqların əlində olan Tiflisə hücum etdi. Abxaz-qıpçaq ordularını məğlub edib, Tiflisi ələ keçirən Xarəzmşah Cəlaləddin şəhər xalqının müsəlmanlığı qəbul etməsini əmr etdi.

Daha sonra meydana gələn hadisələri Gəncəli Kirakos belə təsvir edir:
"Taciklərin uydurma dinini qəbul edənlər, həqiqəti yalana fəda etdilər. Digərləri vicdan əzabına, ölümü cəsurca tərcih edib şəhadət mərtəbəsinə ulaşdı. Bundan sonra sultan İslamiyyəti qəbul edib-etmədiklərini tədqiqə hacət görmədən onların sünnət olunmasını əmr etdi. Bəzi adamlar onları tutaraq meydanlara gətirdilər. Orada onları qılıncla sünnət etdilər".

Beləcə, həmin xristianların adı "qılınc müsəlman" qaldı. Yəni bu ad, Xarəzmşah Cəlaləddinin əmri ilə Tiflisdə müsəlman olan və qılıncla sünnət edilən xristianlara verilmiş addır.
Qeyd edək ki, orta əsrlərdə tacik deyəndə həm farslar nəzərdə tutulurdu, həm də Moisey Kalankatlunun kitabında da taciklər deyəndə ərəblər nəzərdə tutulur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar