Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldo məhkəmə qarşısına çıxarılır

Əvvəllər "qaymaqlar"ın sıralarında çıxış etmiş "Yuventus"un hücumçusu Kriştianu Ronaldu və "Real" U14-ün məşqçisi Xabi Alonso yanvarın 22-də Madriddə vergi fırıldaqçılığı ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq

Muxalifet.az xarici mətbuata istinadən məlumatına görə, Ronaldu artıq İspaniya hökuməti ilə razılıq əldə edib.
Razılığa görə, futbolçu hökumətə 19,1 milyon avro ödəməli və iki il şərti həbs cəzası almalıdır. 33 yaşlı portuqaliyalı 2011-ci ildən 2014-cü ilə qədər imic hüquqlarından gəlir vergisi qismində 14,5 mln. avro ödəməkdən boyun qaçırmaqda ittiham olunur.

Alonso ilə bağlı vəziyyətdə isə prokurorluq 2010, 2011 və 2012-ci illərdə vergi qanunvericiliyini pozduğuna görə, ispaniyalını 5 il azadlıqdan məhrum etmək və onu təqribən 4 mln. avro məbləğində cərimələməyi tələb edir. Madrid məhkəməsi xeyrinə qərar çıxarmayacağı təqdirdə, 37 yaşlı Xabini real həbs cəzası gözləyir.

Daha əvvəl həmçinin cinsi təcavüzdə ittiham olunan Ronaldudan DNT nümunəsi götürüləcəyi bildirilmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar