Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “İndi niyə canfəşanlıq edirlər?”

Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb

Bu qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir.

Deputat Elman Məmmədov musavat.com-a açıqlamasında sözügedən qətnaməyə belə münasibət bildirib:

"Bu Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, sifarişlə qəbul etdiyi ilk qətnamə ilk deyil: “Bu qurumda erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə çoxsaylı deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. Avropa Parlamentinin qulağının dibində olan Fransada neçə aydır nümayişlər gedir, beş mindən artıq nümayişçi həbsə atılıb, yüzlərlə xəsarət alanlar var, həyatını itirənlər də var. Maraqlıdır ki, Avropa Parlamenti niyə bu barədə danışmır? Digər tərəfdən Avropa Parlamenti nə üçün Avropa ölkələrinin miqrantlarla bağlı atdığı sərt addımlar barədə niyə susur? Ən çox insan haqlarının pozulması halları Avropa ölkələrində baş verir. 

Avropa Parlamentinin belə sifarişli qətnamələr qəbul etməsi bu qurum tərəfindən müstəqil dövlətin daxili işlərinə qarışmaqdır. Belə deyək, səhəri gün Azərbaycan Parlamenti iclasında belə bir məsələ qoyur ki, Avropanın filan dövlətində bir nəfər həbs olunub, qətnamə qəbul edirik ki, o təcili həbsdən buraxılsın. Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi? Təbii ki belədir. Azərbaycanda kimsə qanunazidd hərəkət edibsə, bunun üçün həbs edilibsə, araşdırma gedirsə, Avropanın hər hansı bir qurumu onun azadlığa buraxılmasını tələb edirsə, bu nə deməkdir? Azərbaycan sizin müstəmləkənizdir? Azərbaycan siz deyənlə oturub-durmalıdır? Azərbaycan öz qanunları ilə yaşayan ölkədir. 

Kim bu ölkədə qanunları pozursa, məsuliyyətə cəlb olunmalıdır. Demək kimsə qanunları pozacaq, beynəlxalq qurumlar kimlərinsə sifarişi ilə qərar qəbul edəcəklər ki, o şəxs azad edilsin. İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? İndi nə üçün bir nəfərə görə belə canfəşanlıq edir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Hər zaman olduğu kimi indi də heç bir şeyə nail ola bilməyəcəklər. 

Belə qərarların bu ilin martında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq əməkdaşlıq sazişinə maneçilik yaradacağını düşünmürəm. Bu yerdə bir misal çəkim. Vaxtı ilə Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində ulu öndərimiz Heydər Əliyevin belə bir fikri oldu.  O zaman üzvlüyümüzə ermənilərin sifarişləri ilə xaricdəki anti-Azərbaycan qüvvələri maneələr yaradırdılar. Ulu öndər belə bir fikir söyləmişdi ki, Çin, Hindistan kimi ölkələr Avropa Şurasının üzvü deyillər, bu ölkələr yaşaya bilmirlər? Guya biz Avropa Şurası və ya Parlamentinin üzvü olmasaq, yaşaya bilməyəcəyik? Bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Bu gün Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, regionda Azərbaycanın nail olduğu uğurlara görə Dağlıq Qarabağ məsələsində ciddi nəticələr gözlənilir. Həmin qətnamələrin bir məqsədi də bunları pozmaqdır. Yəni bunların hamısı sifarişli və qərəzli hərəkətlərdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar