Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp” ən populyar mobil proqram seçildi

“WhatsApp” messenceri “Facebook” şirkətinə məxsus ən populyar mobil proqramdır

Bu barədə “App Annie” analitik şirkətinin məlumatında deyilir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, “iOS” və “Android” əməliyyat sistemləri üçün “WhatsApp” əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə “Facebook” mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. “App Annie” konkret göstəricilər qeyd etmir.

2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan “Facebook” şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan “Facebook”, “WhatsApp”, “Instagram” və ya “Messenger”dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada “Facebook” servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.

“Facebook” əlavəsi 2018-ci ilin yekunları üzrə qlobal miqyasda ən çox tələb edilən olub. Lakin bir sıra ölkələrdə, o cümlədən Hindistan, İndoneziya, Böyük Britaniya, Türkiyə, İsveçrə, İspaniya, Sinqapur, Rusiya, Niderland, Meksika, Malayziya, Honkonq, Almaniya, Finlandiya və Braziliyada birinciliyə “WhatsApp” sahib çıxıb. Maraqlıdır ki, ABŞ-da “Facebook” və “Messenger” proqramları birinci yeri tutub, “WhatsApp” isə hətta ilk onluğa daxil ola bilməyib.

“SensorTower” tədqiqat şirkəti də “WhatsApp”ın bütün “Facebook” əlavələri arasında liderliyini təsdiq edir.

pia.az


Etiket: “WhatsApp”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar