Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

​Politoloq: “Hətta Lavrov belə ona etiraz edə bilməz...”

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Dağlıq Qarabağa simpatiyası aşkardır. Ancaq bu, tək Lavrova aid deyil. Rusiyanın ermənilərə bağlılığının tarixi kökləri var"

Bu sözləri politoloq Elxan Şahinoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib. O qeyd edib ki, vaxtilə çar Rusiyası erməniləri İrandan Dağlıq Qarabağa köçürməsəydi, bu gün torpaqlarımız işğal altında olmazdı. Və ya Dağlıq Qarabağdakı erməni separatçıları 1980-ci illərdə ortaya qoyduqları iddianı götürək. SSRİ-nin o zamankı lideri Mixail Qorbaçov istəsəydi bu separatizmin qarşısını ala bilərdi. Ancaq Moskva həm erməni separatizminə, həm onların silahlanmasına, həm də azərbaycanlıların sıxışdırmalarına göz yumdu. Nəticə göz qabağındadır. O gündən bu günə dəyişən bir şey yoxdur.

Rusiya əvvəlki tək erməni separatizminə dəstək verir. Əlbəttə, Rusiyada Azərbaycana simpatiya ilə yanaşan siyasətçilər yox deyil. Ancaq hətta onlar belə Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini gözardı etmirlər. Məsələn, götürək Rusiya prezidenti Vladimir Putini. Rusiya prezidenti ölkəsinin mütləq hakimidir, bir sözünü iki edən yoxdur. Əgər o ətrafına desə ki, Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etməliyik, heç kim, hətta ermənipərəst Lavrov belə ona etiraz edə bilməz. Ancaq Putin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını istəmir. 

Ona görə də məncə “Rusiya hakimiyyətində Azərbaycanla münasibətləri pozmaq istəyən qüvvələr var” yanaşması doğru deyil. Rusiyada Azərbaycana simpatiyası olan hansı siyasətçi və ya qrup dedi ki, Lavrov və ya Zaxarova düzgün etmirlər? Və ya nə vaxt uca səslə dedilərmi ki, Dağlıq Qarabağdakı iki (özü də biri rəsmən Rusiya vətəndaşıdır) azərbaycanlı girovu azad etmək üçün Ermənistan hakimiyyətinə təsir etmək lazımdır?

Bəzən iddialar səslənir ki, guya Rusiya Azərbaycandan istədiklərini alsa, Qarabağın qaytarılmasına imkan tanıyacaq. Rusiya Azərbaycandan nə istədi ki, ona verilmədi? Azərbaycan NATO-ya üzv olmaq istəmir ki, Moskva qıcıqlanmasın, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında yer almır, balanslaşdırılmış xarici siyasət yürüdür, Rusiyadan milyardlarla dollar silah alıb. Hətta sabah Rusiya hərbi bazalarının yenidən Azərbaycanda yerləşdirilməsinə razılıq versək Moskvanın Qarabağ münaqişəsinin həllinə münasibəti yenə dəyişməyəcək. Rusiyaya Belarus prezidenti Aleksandr Lukaşenkodan yaxın ikinci xarici ölkə lideri yox idi. Ancaq Moskva öz siyasəti ilə Lukaşenkonu o günə saldı ki, Belarus prezidenti hazırda Rusiyadan uzaqlaşmağın yollarını arayır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar