Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Şəhidlərinin Övladları Azərbaycanada - Fotolar

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-də Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər

Səfər çərçivəsində onlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin övladları ilə görüş olub. Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan bu səfərin önəmindən danışıb. O deyib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılanmalıdır. Türkiyədən Azərbaycana gələn uşaqlar və gənclər qardaş ölkə ilə bağlı ətraflı məlumata malik olmalıdırlar.

Vurğulanıb ki, bu səfərin 20 Yanvar faciəsinin ildönümündə baş tutması təsadüfi deyil. Azərbaycanda olduğu kimi, Türkiyədə də yeni nəslin nümayəndələri qardaş ölkənin azadlıq tarixini bilməlidir. Çünki qanlı 20 Yanvar hadisəsi Azərbaycan Respublikasının müstəqillik tarixinin əsasını təşkil edir.

Federasiya sədri qeyd edib ki, Türkiyədən gələn şəhid övladları ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri terror aktları ilə bağlı ətraflı məlumat əldə edəcəklər. Bununla yanaşı, onlar Azərbaycanın tarixi yerlərini ziyarət edəcəklər.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar