Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcək”

Milli Məclisin Səhiyyə komitəsində vacib məsələlərdən danışıldı, təkliflər verildi
Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib

İclası giriş nitqi ilə açan komitənin sədri, Əhliman Əmiraslanov bildirib ki, 2018-ci ilin payız sessiyasında komitənin 10 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib ki, onlardan da 7-i qanun layihəsi olub.

Eyni zamanda, sessiya dövründə komitəyə 105 şikayət ərizəsi daxil olub ki, onlardan da 100-nə baxılıb, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Komitə sədri həmçinin vurğulayıb ki, sessiya ərzində 40 vətəndaş qəbul edilib. Ə.Əmiraslanov 2019-cu ilin qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində üç yeni qanun layihəsinin - “Reproduktiv sağlamlıq haqqında”, “Optika və optikaçılıq haqqında” və “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulub. Komitə sədri deyib ki, eyni zamanda sessiya dövründə bəzi qanunlara dəyişiklikləri və əlavələri nəzərdə tutan qanun layihələrinin də müzakirəsi mümkün ola bilər.

Ə.Əmiraslanov icbari tibbi sığortadan da danışıb: “Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcək. Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan olunub”. (Modern.az) O, qeyd edib ki, bu il genişmiqyaslı hazırlıq işləri başa çatmalıdır: “Əhaliyə tibbi yardımın səviyyəsinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortanın həyata keçirilməsidir. Bunun ikinci yolu yoxdur. Hansı ölkə əhaliyə tibbi yardımın keyfiyyətini yüksəldibsə, onlar buna yalnız icbari tibbi sığorta ilə nail olublar”.

“Mən antibiotiklərin satışının Azərbaycandakı qədər sadə olduğu ikinci bir ölkə tanımıram”. Trend-in məlumatına görə, bunu da Səhiyyə komitəsinin sədri deyib. Ə.Əmiraslanov qeyd edib ki, dünya ölkələrində antibiotiklərin reseptsiz satılması mümkün deyil: “Antibiotikləri lazım oldu-olmadı istifadə etmək son dərəcə təhlükəlidir. Son elmi məqalələrdən də aydın görünür ki, onlar hətta insanların genetik mutasiyasına təsir edir. Antibiotikdən istifadə nəticəsində insanlarda müəyyən qüsurların yaranması barədə məlumatlar var. Antibiotiklərlə bağlı çox ciddi qanun-qayda yaradılmalıdır”. Millət vəkili qeyd edib ki, reseptsiz antibiotik satılmamalı, bu dərman vasitələrinin keyfiyyətinə nəzarət artırılmalıdır: “Təəssüflər olsun ki, bəzən biz keyfiyyətsiz antibiotiklərə də rast gəlirik”.

Deputat, ürək-damar cərrahı Rəşad Mahmudov da mühüm məsələyə toxunub: “Azərbaycanda “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna 2009-cu ildə Avropa ölkələri daxil olmaqla, 20-yə yaxın ölkənin ekspertləri rəy verib. Beyin ölümü kriteriyası ilə bağlı müzakirə apararaq standartlar tətbiq oluna bilər. Düşünürəm ki, bunun üçün yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur, mexanizmi başlatmaq və tətbiq etmək lazımdır”.

R.Mahmudov qeyd edib ki, hazırki “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklikləri yenidən müzakirə etmək olar. Deputat həmçinin ürək-damar xəstəlikləri ilə bağlı narahatlığını ifadə edib: “Bu xəstəliklərlə ölüm halı birinci yerdədir. İcbari tibbi sığortanın fəaliyyətə başlaması ilə bu sahədə ciddi nailiyyətlər əldə edə bilərik”. R.Mahmudov qeyd edib ki, dövlət hər hansı sahənin inkişafı üçün o sahəni vergidən azad edir: “Bu mexanizm səhiyyə sahəsinə qətiyyən tətbiq edilmir. Tibb müəssisələrində xidmət alan şəxslərin ödədiyi vəsaitdən əlavə dəyər vergisi tutulur. Bu da vətəndaşa təsir edir. Ona görə təklif edirəm ki, bu vergi 8 faizə endirilməlidir”.(“Yeni Müsavat”)

pia.az


Etiket: iTbbi sığorta

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar