Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus FHN-də 180-dən artıq Azərbaycan vətəndaşı təhsil alır

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Belarus FHN Mülki Müdafiə Universiteti arasında əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub

Bu barə Belarusun BELTA Agentliyi məlumat verir. “Belarus FHN Mülki Müdafiə Universiteti və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında tədris prosesinin təkmilləşdirilməsi və hər iki müəssisənin elmi potensialının inkişafı sahəsində əməkdaşlıq davam etdiriləcək”, - Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev Belaus ali məktəbini ziyarəti zamanı bəyan edib.

B.Salayev MMU-nun tədris prosesinin təşkili və maddi-texniki bazası ilə tanış olub, professor-müəllim mübadiləsi, həmçinin müəllimlərin birgə təcrübə keçmələrinin təşkilinə maraq göstərib.

“İki ölkənin xilasedici idarələri arasında etibarlı, tərəfdaşlıq münasibətləri dövlətlərimizin xilasetmə xidmətləri üçün müətəxəssislərin hazırlanması sahəsində Belarus-Azərbaycan əməkdaşlığı üçün yaxşı təməldir. Bu münasibətlərin etibarlı təməli Azərbaycan FHN və Belarus FHN arasında 2006-cı ildə əməkdaşlığa dair sazişin imzalanması ilə qoyulub. 2007-ci ildə Azərbaycandan mütəxəssislərin Belarus FHN Mülki Müdafiə Universiteti bazasında hazırılığına başlanıldı”, - Akademiyanın rəisi qeyd edib.

2007-ci ildən etibarən Belarus FHN Mülki Müdafiə Universiteti bazasında Azərbaycanın 476 nümayəndəsi hazırlıq keçib, onlardan 335 nəfər ali və daha sonra təhsil alır. 141 müətəxəssis MMU-nun “Təkmilləşdirmə və ixtisaslaşmanın artırılması İnstitutu”nun filialında qısamüddətli ixtisasartırma kurslarında məşğul olub.

Hazırda 181 Azərbaycan vətəndaşı MMU-da təhsil alır. Onlardan 163 nəfər – ali təhsilin ilk pilləsi, 18 nəfər – ikinci pilləsində (mağistratura və adyunktura) təhsil alır.

12 dekabr 2016-cı ildə Belarus FHN Mülki Müdafiə Universiteti və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında kooperasiya haqqında müqavilə imzalanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar