Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda quldurluq və oğurluq edən dostlara hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Miqdar Qarazadə və Kamil Rüstəmzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qarazadə 9 il və K.Rüstəmzadə isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildə Abşeron rayonunda gecə saatlarında yaşlı kişini döyən iki dost daha sonra onun bahalı mobil telefon və pulunu götürüblər.

İntiqam Əsədzadə rayon polis idarəsinə məlumat verib ki, toy məclisindən çıxıb evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonunun və 300 manat pulunun da aparıldığını qeyd edib. Dərhal əməliyyata başlayan polis quldurluqda şübhəli bilinən Bakı sakini K.Rüstəmzadə və Sabirabad sakini M.Qarazadəni saxlayıb. Dindirilərkən adıçəkilən şəxslər gecə vaxtı cinayət törətmək məqsədilə metronun ”20 Yanvar” stansiyası yaxınlığına gəldiklərini deyiblər. Cinayət törədən dostlar daha sonra paytaxtın Nəsimi rayonuna, metronun ”Əcəmi” stansiyası yaxınlığına gələrək mobil telefonu orada satıblar. Quldurluq yolu ilə əldə olunan pulu isə bölüblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri törədiblər.(Report)

pia.az


Etiket: Oğurluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar