Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbəri həbs edilib

Bakıda tanınmış prodakşn rəhbəri həbs edilib

“Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işinin ibtidia istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb.

O, cinayət işində adı şahid qismində ke

çən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib: "Rövşən müəllimə türkiyəli müğənnilər - Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin".

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar