Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Human Rights Watch”: “Əvvəlki rejimdən Paşinyana ağır problemlər miras qalıb”

Ermənistanın yeni hökuməti korrupsiya və insan haqları problemləri ilə dopdolu bir ölkə miras alıb

“Human Rights Watch” təşkilatı insan haqlarına dair son hesabatında qeyd edir ki, yeni rəhbərlik dövlət qurumlarını yenidən qurarkən, yığılıb qalmış problemləri yoluna qoyarkən təməl insan haqlarına sayqını da təmin etməlidir.

Ötən ilin mayında küçə etirazları nəticəsində Serj Sarkisyan devrilib, müxalifət lideri Nikol Paşinyan hakimiyyətə gəlib. Beynəlxalq müşahidəçilər dekabrın 9-da keçirilmiş parlament seçkisinə ümumilikdə müsbət qiymət verib.

“Azad və ədalətli səsverməni təmin etmək Ermənistanın yeni rəhbərliyi üçün ilk vacib addımdır. Ancaq bu, yalnız başlanğıcdır. Hakimiyyət bu mandatdan yararlanaraq insanları küçəyə çıxarmış insan haqları problemlərinin həlli üçün islahatları gerçəkləşdirməlidirlər”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

Paşinyan hökumətinin miras aldığı problemlər sırasında əsasən dinc etirazların dağıdılmasında aşırı gücə əl atan polisin cəzasız qalması da var. Yeni hökumət bu yöndə təhqiqatda qismən irəliləyiş əldə edib. 2008-ci ilin mart toqquşmaları üzrə istintaq yenilənib, ovaxtkı prezident Robert Koçaryana, iki komandirə ittihamlar irəli sürülüb.

Ancaq sentyabrda 2016-cı ilin iyulunda baş vermiş oxşar insident üzrə təhqiqat ertələnib. Hakimiyyət keçmiş problemlərlə məşğul olursa, saxlananların hamısının hüquqlarına tam sayqı göstərməli, məhkəmənin müstəqilliyini təmin etməlidir, – “Human Rights Watch” bildirib.

Qurum Ermənistanda digər insan haqları problemləri sırasında məişət zorakılığını, homoseksuallara zorakılıq və ayrıseçkiliyi, əlilliyi olan uşaqların keyfiyyətli təhsillə təmin olunmamasıı sıralayır.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar