Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq

Kiyevdə SSRİ hərbçiləri tərəfindən 20 yanvar 1990-cı ildə törədilmiş Bakı qırğını ilə bağlı konfrans keçirilib

Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun mərkəzi qərargahında SSRİ hərbçiləri tərəfindən 20 yanvar 1990-cı ildə törədilmiş Bakı qırğını ilə bağlı konfrans keçirilib.

“Report”un Kiyev bürosunun verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD), Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və Kiyev Azərbaycanlıları Konqresi (KAK) tərəfindən təşkil olunan konfransda azərbaycanlılar ilə yanaşı yerli fəallar, müharibə iştirakçıları da iştirak ediblər.

Əvvəlcə 20 yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.

Çıxış edən UADB sədri Hikmət Cavadov bildirib ki, 20 yanvar hadisəsi azərbaycanlıların yaxın tarixində qanla yazılmış qəhrəmanlıq səlnaməsidir və bunun dünyada təbliği zəruridir: “Məhz bu baxımdan biz planlaşdırırq ki, faciənin 30 illiyi ərəfəsində Ukraynada bununla bağlı silsilə filmlər hazırlayıb və ictimaiyyətdə yayımlayaq”. H.Cavadov həmçinin son vaxtlar Ukraynada azərbaycanlıların birləşməsini, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilı sıx əlaqəli formada işlərin aparılmasının uğurlu nəticələrə səbəb olacağını bildirib.

Çıxış edən KAK sədri Oleq Krapivin isə 20 yanvar hadisəsinin canlı şahidi, iştirakçısı olduğunu bildirərək xatirələrini bölüşüb. O bu hadisənin bütün dünyadakı azərbaycanlılar üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirib. O. Krapivin də Ukraynada yaşayan azərbaycanlıların Azərbaycan həqiqətlərinin təbliğində birlik halında olmasının vacibliyindən danışıb.

BUAK sədri Rövşən Tağıyev də 20 yanvar hadisələrindən danışaraq hazırda Ukraynanın da Azərbaycanın 90-cı illərin əvvəlində yaşadığı vəziyyəti yaşadığını deyib. O qeyd edib ki, bu gün Ukraynada ciddi proseslər gedir və burada yaşayan azərbaycanlıların birlik halında olması olduqca zəruri amildir.

Çıxış edən Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev də bildirib ki, bu kimi tarixi hadisələrin təbliğində azərbaycanlıların vahid və böyük güc olması müsbət haldır: “Nə yaxşı ki, bu gün hamımız bir yerdəyik. Diasporla İş üzrə Dövlət Komitəsinin sayəsində bu birliyin əldə olunması böyük hadisədir”.

Daha sonra digər çıxışçılar da hadisə ilə bağlı təfərrüatlarını bölüşüblər.

pia.az


Etiket: Ukrayna 20 Yanvar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar