Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Məclisin çərçivəyə salınması çox mənfi bir tendensiyadır”

Nazim Bəydəmirli: “Seçici tərəfindən seçilmiş xalq təmsilçisinin çərçivəyə salınması mənfi bir tendensiyadır”

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun imzalanıb ki, burada Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydasının dəqiqləşdirilib.
Nizamnaməyə 23 maddəsinə 1-ci bənd (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) əlavə edilib.
Əlavəyə əsasən, Milli Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Parlamentin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.
Bundan sonra, Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə iş təcrübəsi müddəti nəzərdə tutulmurdu.
Parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.
Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

“Hesab edirəm ki, bu, deputat fəaliyyətinin məhdudlaşdırılması və onun ictimai nüfuzunun aşağı salınmasına yönəlib”

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə edilən əlavə və dəyişikliklərlə bağlı keçimiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə təəssüflə dedi ki, son zamanlar onsuz da Milli Məclisin statusu aşağı idi: “Bir az əvvəl də “deputatın etik davranış” kodeksi qəbul olundu və bu da ictimaiyyət arasında birmənalı qarşılanmadı. Baxmayaraq ki, bütün dünyanın konstitusiyalarında, o cümlədən bizim Konstitusiyamızda da, “Deputat statusu haqqında” qanunda deputatların hüquqları qorunur. 40-50 min seçicini təmsil edən bir şəxsin Milli Məclisin daxili nizamnaməsini pozduğuna görə və yaxud etik normadan kənar hər hansı bir söz işlətdiyinə görə səlahiyyətinin əlindən alnması subyektiv amillər ola bilər. Hesab edirəm ki, bu, deputat fəaliyyətinin məhdudlaşdırılması və onun ictimai nüfuzunun aşağı salınmasına yönəlib. Çox təəssüf edirəm ki, bütün bunlar ümumilikdə qanunvericilik hakimiyyətinin bu yolla məhdudlaşdırılmasına yönəlmiş addımlardır. Təbii ki, deputat seçilmiş şəxs cəmiyyətdə bir nümunə olmalıdır, onun etik davranışı da, bu və ya digər formada Milli Məclisdə çıxışı da ümumi şəxsi xarakteri ilə bağlı olmaldır. Ona görə, növbəti seçkidə seçicilər ona səs verib və yaxud yenidən seçməklə bağlı qərar verməlidirlər. Ancaq mən hesab edirəm ki, bu tipli məhdudiyyətlər seçici tərəfindən seçilmiş xalq təmsilçisinin məhdudlaşdırılması, çərçivəyə salınması çox mənfi bir tendensiyadır və mən buna normal yanaşmıram”.

Milli Məclis özünün nüfuzunu aşağı salır”

“Bu qanunun qəbul edilməsi Milli Məclisdə müxalif deputatlara problem yaratmayacaqmı” sualına N. Bəydəmirli belə cavab verdi: “Əslində, parlemantarizim ideyalar mübarizəsdir. Parlemantarizim iqtidar-müxalifət məsələsindən daha çox cəmiyyətin inkişafıdır. Təbii ki, müxalifətyönlü olmayanların “hər şey gözəldir” deməyi ilə əslində, təbliğat aparılır. Bu qanun istər müxalif və yaxud siyasi mənsubiyyəti olmayan bitərəf, müstəqil, istərsə də iqtidar partiyasının öz nümayəndələrini müəyyən çərçivəyə salır. Mən hesab edirəm ki, Azərbaycan qanunvericilik hakimiyyətinin daha da canlı olması üçün parlament respublikasına keçid təmin olunmalıdır. 100 il əvvəl qurulmuş bir demokratik parlamentin varisi olaraq indiki parlament bu ənənələrə sadiq qalmalıdır. Həm də Avropa Şurası ölkələrində, yəni Cənubi Qafqaz ölkələri arasında Ermənistanda, Gürcüstan da parlament respublikasına keçib, yalnız biz keçməmişik. O ölkələrdə siyasi partiyalar mübarizə aparırlar. Siyasi partiyaların proqramına, verdiyi qərarlara və fəaliyyətinə görə seçicilər onlara etibar edirlər və yaxud etmirlər. Yəni bununla səciyyələnir. Bu ölkələr artıq bütün dünyada demokratik institutları formalaşdıran ölkə kimi qəbul olunur. Azərbaycanda parlament ənənələrinin daha yaxşı olan vaxtları da var idi. Çox təəssüf ki, indiki parlament haqqında bunu demək mümkün deyil. Çox təəssüf edirəm ki, bəzən millət vəkilləri cəmiyyəti, seçiciləri aşağılayır. Hansısa məmura xoş gəlmək üçün, hətta aşağı ranlı məmurlara belə tərif yağdırırlar. Bununla da Milli Məclis özünün nüfuzunu aşağı salır. Təəssüf ki, bu ənənələr yenə də davam edir. Ona görə də seçilər etibar etmirlər, seçkilərə qatılmırlar və yaxud az sayda qatılırlar. Beləliklə fikir müxtəlifliyi əsasında cəmiyyətimiz formalaşa bilmir. Çox təəssüf ki, bunlar da qarşılıqlı münaqişəyə qədər gəlib çıxıb və beləliklə insanlar arasında düşmənçilik toxumu səpilir. Əslində, bütün polemikalar, mübahisələr parlament içərisində olmalıdır. Bunun üçün də referendum keçirib, parlamentin proparsional seçki sistemini bərpa edib, bu tipli məsələləri küçələrdən, meydanlardan çıxarıb, parlamentə gətirmək lazımdır”.

“Siyasi oriantasiyası düzgün olanların belə azacıq ümumi xordan fərqli bir ifası “süngü” ilə qarşılanıb”

“Dediyiniz kimi, bəzən deputatlar xalqı aşağılayır. Bu halda İntzam Komissiyasının üzvlərinin sayının artırılamsı nəyi dəyişəcək” sualını isə N. Bəydəmirli belə cavablandırdı: “İndiki vəziyyətdə heç nə dəyişən deyil. Çünki müstəqil və yaxud fərqli fikirli, hətta siyasi oriantasiyası düzgün olanların belə azacıq ümumi xordan fərqli bir ifası “süngü” ilə qarşılanıb. Yəni buna son qoymaq, dözümlü yanaşmaq lazımdır. Fərqli fikirlərin fərqliliyi ilə biz mənəvi baxımdan daha varlı ölkə ola bilərik”.

“Parlament icra hakimiyyəti orqanlarına nəzarət funksiyasını itirməyə məcbur edilir”

Hesablama Palatasında auditorların sayının 7-dən 5-ə endirilməsinə gəlincə, keçmiş deputat sual etdi ki, Hesablama Palatasının auditorlarının sayının azaldılması nəyi dəyişir: “Onsuz da əvvəl Hesablama Palatası müxtəlif rəy, mesajlar verərək, ondan artıq edə bimirdi. Çünki bunun mexanizmi yoxdur. Hüquq mühafizə orqanlarına və yaxud həmin orqanların özlərinə müraciət edir. Yəni maliyyə pozuntusuna yol vermiş orqanların özlərinə o rəyləri göndərir. Nəticə etibarilə korrupsiya yenə də bu rəyləri pozulmağa məcbur edir. Yəni o rəylər stol üstündə qalır. O cümlədən İntizam Komissiyasının üzvlərinin sayının artırılması da o səpkidəndir ki, parlament öz tutduğu rolu, yəni Konstitusiyada hakimiyyət növü olaraq bir-birinə nəzarət funksiyasını daha da itirir. İcra hakimiyyəti orqanlarına nəzarət funksiyasını daha da itirməyə məcbur edilir və bu, yaxşı tendensiya deyil”. (Hurriyyet.org)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar