Son iki gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dəm qazından zəhərlənənlərin 7-si dünən, 6-sı isə bu gün xəstəxanaya gətirilib.
Dünən xəstəxanaya yerləşdirilmiş 7 nəfərin 4-ü artıq evə buraxılıb. İki nəfərin isə bu gün evə buraxılması nəzərdə tutulur. (Trend)
pia.az