Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib
PİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında baş verib.
Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
pia.az