Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çin mallarına əlavə tarifləri ləğv edəcək

Amerikalı məmurlar Çindən idxal olunan məhsullara qarşı tətbiq edilən əlavə gömrük rüsumlarının ləğv edilməsi məsələsini müzakirə edirlər

Tariflərin qismən, yaxud tamamilə ləğvi ilə bağlı təklif isə ABŞ maliyyə naziri Stiven Mnuçindən gəlib.

Bu barədə “The Wall Street Journal” qəzetinin müzakirələrin gedişilə tanış olan mənbəsi bildirib. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi Çinlə ticarət mübahisələrini yoluna qoymaq naminə aparılan danışıqları stimullaşdırmaq və Pekini daha böyük güzəştlərə təşviq etmək, həmçinin, bazarları sakitləşdirmək məqsədi daşıyır.

Lakin qeyd olunub ki, ABŞ-ın ticarət naziri Robert Laythayzer Mnuçinin bu ideyası ilə razılaşmır. Çünki Laythayzer narahatdır ki, ABŞ tərəfindən istənilən güzəşt zəiflik kimi qəbul edilə bilər.

Mənbə bildirib ki, hazırda Vaşinqtondakı müzakirələrin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Lakin bir məqam dəqiqdir ki, hələ bu müzakirələr başlamazdan əvvəl Çinlə ticarət müharibəsinin nizamlanma metodu məsələsində ABŞ prezidenti Donald Tramp maliyyə naziri Mnuçinin deyil, Laythayzerin tərəfini tutub. Və indi də Tramp aydın şəkildə bildirib ki, Çinlə saziş imzalanmasını və bunu məhz Laythayzerin etməsini istəyir.

Qəzet onu da yazıb ki, ABŞ-la Çin aralarındakı ticarət mübahisələrini martın 1-dək həll etmək niyyətindədirlər. (Azvision.az)
pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar