Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev göstəriş verdi: Məmurlardan lüks avtomobillər alınır?

Qeyd edək ki, ölkə başçısı dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

"Prezident İlham Əliyevin imzaladığı fərmanda maraqlı bir məqam var. Fərmana görə Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır. Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır”.

Bu sözləri Milli İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. Bildirib ki, bu, tam doğru yanaşmadır:

"Xatırlayıram ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq Land Cruiser, bir dövlət universiteti 116 000 manatlıq Toyota Avalon almışdı. Bir-iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı.

Görünür, bu tip addımlar ali hakimiyyəti lap hövsələdən çıxarıb. Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.

Qeyd edək ki, ölkə başçısı dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;(Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar