DİN Mətbuat xidmətindən bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub
Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib.
Araşdırma aparılır. (Report)
pia.az