Türkiyədə məşhur ilahiyyatçı Nihat Hətiboğlu Qazientep İslam Bilim və Texnologiya Universitetinin rektoru təyin edilib
Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bugünkü rəsmi qəzetdə dərc olunub. (Teleqraf.com)
Dövlət başçısı daha 5 universitetə rektor təyinatına imza atıb.
Qeyd edək ki, Nihat Hətiboğlu Türkiyədə dini verilişlərin, o cümlədən Ramazan proqramlarının məşhur aparıcısıdır. Onun verilişləri geniş xalq kütlələri arasında sevilir.
pia.az