Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - çətin, qarışıq və əlverişli olmayan gündür. Asan olmayan seçim zamanı, mühüm qərarı qəbul edərkən minimum informasiyaya malik olacaqsınız. İntuisiyanıza güvənin. İşgüzar təmasları məhdudlaşdırın. Potensial sifarişçi və ya yeni iş yerinin rəhbəri ilə görüşmək üçün yaxşı gün deyil. Yeni iş yerində çalışmağa başlayırsınızsa, kollektivlə dərhal dil tapacağınızı düşünməyin.

Maliyyə məsələlərində ehtiyatlı olun. Kredit götürmək, borc almaq, gündəlik tələbatda zəruri olmayan əşyalara pul xərcləmək məsləhət deyil. Yaşlı qohumlarla ixtilaf, ailədə münaqişə ola bilər.

Buğa - gərgin gündür. İşlərlə yanaşı, şəxsi problemlərin çözülməsində ehtiyatlı, diqqətli olun. Etibar ediləsi adamı müəyyənləşdirmək çətindir. Plan və ideyalarınızı yaxşı bələd olmadığınız insanla bölüşməyin. İnandığınız insanlardan biri sizi pis vəziyyətdə qoya bilər. Alış-verişdə çox pul xərcləməyin.

Ailədə mübahisə ola bilər. Sərt tənqidə məruz qalırsınız. Qərar və addımlarınız yaxınlarınızı narazı salır, onlar sərt danışırlar. Nüfuzlu insanla görüşmək, dövlət qurumlarına yollanmaq məsləhət deyil.

Əkizlər - maliyyə baxımından çox uğursuz gündür. Nəzərdə tutulan vəsait gəlib çatmır. Əlinizdə olan pullarla məntiqli, rasional şəkildə davranın. Mənfi təsir altına düşmək, fırıldaq qurbanı olmaq riski var. İşdə münaqişə yarana bilər. Köhnə müttəfiqlərdən biri sizi dəstəkləməyəcək.

Ənənəvi əlaqələr qırılır. Ruhdan düşməyin, yeni əlaqələr formalaşacaq. İmiclə eksperimentlər aparmayın, zahiri görünüşünüzdə ciddi dəyişikliklər etməyin. Nəticə sizi sevindirməyəcək.

Xərçəng - ünsiyyət üçün yaxşı gündür. İşgüzar danışıqlar və təmaslar yaxşı nəticə verəcək. Son vaxtlar sizi narahat edən problemin həll yolunu tapacaqsınız. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanla razılığa gələcəksiniz. Yeni müttəfiqlər olacaq. İş yeri aramaq və ya yeni işdə çalışmağa başlamaq üçün yaxşı zamandır.

Sınaq, biliklərin toplanması və təcrübə əxz olunması üçün əlverişli gündür. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Maraqlı ideyalar az deyil.

Axşam saatlarına yaxın gəlir olacaq.

Şir - ehtiyatlı davransanız, bu çətin gündə itki verməyəcəksiniz. Yanlış ümidlər, boş illüziyalar sizi dalana apara bilər. Məntiqli, soyuqqanlı, təmkinli olun. Yeni ideyaları ciddi təhlil edin. İstənilən sınağın öhdəsindən asanlıqla gələ biləcəyinizi düşünməyin. Sınanmış tərəfdaş və inandığınız dostun yardımından, məsləhətindən yararlanın. Belə davransanız, qüvvə və vaxta qənaət edəcəksiniz.

Mövcud qaydaları pozmayın, bildiyiniz kimi hərəkət etməyin. Yaxın ətrafınızdakı insanların maraqlarını və istəklərini nəzərə alın. Əks təqdirdə həmin insanlarla münasibətləriniz korlana bilər.

Qız - mühüm işgüzar danışıqlar, həllini çoxdan gözləyən məsələlərin müzakirəsi üçün əlverişli zamandır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə irəliləyişə nail olmaq mümkündür. Mövqelərinizi möhkəmləndirin. Yeni, maraqlı, diqqətə layiq ideyalar peyda olur. Onları reallaşdırmağa tələsməyin. Münasib və əlverişli zaman az sonra olacaq.

İntellektual potensial səviyyəsi yüksəkdir. Həllini bacarmadığınız problem yoxdur. Gəlir ola bilər. Böyük məbləğin əldə olunması istisna deyil.

Tərəzi - sizi maraqlı olaylar və tanışlıqlar gözləyir. Qərar qəbul edəndə yaradıcı olun, səthdə olan məsələdən və həlldən yararlanmayın. Önəmli qərar qəbul edəndə bunun səbəbini yaxınlarınıza anladın. İşgüzar münasibətlərlə şəxsi təmasları ayırın. Yeni tanışlıq pozitiv emosiyalar vəd edir.

Ünsiyyət, işgüzar və şəxsi görüşlər üçün əlverişli zamandır. İlk dəfə gördüyünüz insanda belə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Axşam saatlarına yaxın gəlir əldə edə bilərsiniz.

Əqrəb - problemlər və çətinliklər olacaq. Ruhdan düşməyin, çünki məhz problemləri həll edərək irəliləyəcəksiniz. Yeni müttəfiq və tərəfdaş qazanacaqsınız. Yaxın ətrafınızda olan, çətinlikləri müstəqil dəf edə bilməyən insanlar yardım almaq üçün sizə üz tuturlar. Cəsarət, fəndgir davranış və bacarıq tələb edən işlər üçün yaxşı gündür.

Günün ikinci yarısında pul əldə edəcəksiniz. Alış-verişə çıxa bilərsiniz.

Texnika, alət, avadanlıq almaq olar.

Oxatan - müsbət təmayüllərin təsiri artır. Xoş və rahat gündür. Qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmağa çalışın. Bir iş başa çatandan sonra yeni iş olacaq. Ona görə fəal olun, tənbəllik etməyin. Romantik münasibətlər üçün əlverişli gündür. Bu münasibətlərə ilk əvvəl ciddi yanaşmasanız da, onlar sonradan yaşamınızda önəmli yer tutacaq.

Təhsil, bilik və bacarıqlar əldə edilməsi üçün yaxşı gündür. Yeni, faydalı məlumatlar əldə edə bilərsiniz. Gəlir istisna deyil. Əldə edilən maliyyə vəsaitinin qədrini bilin.

Oğlaq - yeni işlərə, hətta ən çətin məsələlərin həllinə qətiyyətlə başlayın. İndiyədək yalnız arzuladığınız nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla dil tapmaqla yanaşı, özünüzlə də harmoniyada olun. Günün istənilən hadisəsindən faydalana bilərsiniz.

Fikirləriniz kiminsə xoşuna gəlməyə bilər, amma çəkinməyin, həqiqəti üzə deyin. Məhz səmimiyyət rəğbətə layiq olan insanlarla təmas qurmağa yardım edəcək. Yeni, məhsuldar əməkdaşlıq başlana bilər.

Dolça - diqqət mərkəzində olacaqsınız. Sizi tərifləyirlər, yaxşı tanımadığınız insanlar əməllərinizi təqdir edir. Gözlənilməz işgüzar təklifin alınması istisna deyil. Bu gün təmas quracağınız insan sizi dar gündə tək qoymayacaq.

Yeni romantik maraq ola bilər. Bu maraq yaşamınızda ciddi dəyişikliklər etməsə də, həyat axarına yenilik gətirəcək. Kommersiya fəaliyyəti üçün uğurlu gündür. Alış-veriş etmək olar.

Balıqlar - günün maliyyə fonu əlverişli deyil. Mənasız xərclər və itkilər ola bilər. Tamahkar olmayın, sadəlövhlük etməyin. Lazım olmayan əşyalar almayın, bədxərclik etməyin.

Yarımçıq işi başa vurun. Aktiv olun. Nəzərdə tutduğunuz işləri təxirə salmayın. Onları mümkün qədər tez bitirməyə çalışın. Fəaliyyət müstəvisi və yaşam arealında xaos, qaydasızlıq, dağınıqlıq yolverilməzdir. Bütün bu nöqsanlar sonradan həlli çətin problemlər yarada bilər.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə ixtilaf, sevdiyiniz insanla mübahisə istisna deyil.(milli.az)

pia.az


Etiket: qoroskop

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar