Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhriyar Məmmədyarov 6-cı turda Maqnus Karlsenlə qarşılaşacaq

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun partiyaları oynanılacaq

PİA.AZ Azərtac-a istinadən xəbərdə verir ki, Veyk-an-Zee şəhərində keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.

Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə mübarizə aparacaq.

Beş turdan sonra şahmatçılarımız 2,5 xalla 7-9-cu yerləri bölüşürlər.

Hazırda turnir cədvəlinə 3,5 xalla rusiyalı Yan Nepomnyaşi liderlik edir. Dinq Liren 3,5 xalla ikinci, Maqnus Karlsen isə 3 xalla üçüncüdür.

Xatırladaq ki, ötən gün keçirilən beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik, Teymur Rəcəbov isə Polşa təmsilçisi Yan Kşiştov Duda ilə heç-heçə ediblər.

Qeyd edək ki, yanvarın 17-si turnirin iştirakçıları üçün istirahət günüdür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar