Qazaxıstanın Almatı şəhəri yaxınlığında “Eurocopter-130” tipli helikopterin qəzaya uğraması nəticəsində 50 yaşlı pilot ölüb
“RİA Novosti” xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə hallar komitəsinin sözçüsü Nursultan Nurəhmədov “Alatau” sanatoriyası ərazisində baş verən qəzadan sonra pilotun təcili yardım avtomobilində dünyasını dəyişdiyini bildirib.
“Sky Service” şirkətinə məxsus helikopterin şəhərin 5 kilometrliyindəki Boralday Hava Limanından Böyük Almatı gölünə tərəf uçduğu bildirilir. (Report)
pia.az