Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Ermənistan rəhbərliyi ilə Qarabağ danışıqları: Nikbinlik üçün əsas var?

Politoloq: “Əhalini sülhə o zaman hazırlamaq olar ki, danışıqlar prosesində qarşılıqlı kompromisin müəyyən formulu tapılsın”

“Danışıqlar prosesində Azərbaycan üçün əsas gözlənti torpaqların konkret olaraq qaytarılması və qaçqınların öz yurdlarına geri dönməsi məsələsinin müzakirə olunmasıdır. Çox güman ki, tərəflər bununla bağlı ümumi razılığa gəliblər”.

Bu sözləri politoloq İlqar Vəlizadə AzərbaycanErmənistan xarici işlər nazirlərinin Paris görüşünü şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar MəmmədyarovErmənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik iştirak edib.

Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Eyni zamanda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti görüşü faydalı adlandırıb. Həmsədrlərin yaydığı məlumatdan da danışıqların optimist notlar üzərində qurulduğu hiss olunub. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bəyanatlarında bildiriblər ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

Maraqlıdır ki, indiki şəraitdə AzərbaycanErmənistan münasibətlərində optimizm üçün əsas varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov daha əvvəldə demişdi ki, danışıqlarda müsbət tendensiya müşahidə olunur və bu tendensiyanı bərkitmək lazımdır”.

Azərbaycan və Ermənsitan xarici işlər nazirlərinin Paris görüşündə optimizmin mövcudluğunu tərəflərin ümumi razılığa gəlməsi kimi dəyərləndirən politoloq İlqar Vəlizadənin fikrincə, bu cür görüşlərin intensivləşməsi müsbət nəticələr verə bilər:

“Ötən ilin axırları və bu ilin əvvəllərində Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu istiqamətdə bir neçə dəfə müsbət fikirlər səsləndirilib. Ötən ilin ATƏT çərçivəsində danışıqları fonunda AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü görünür ki, tərəflər müəyyən şərtlər üzərində razılığa gəliblər. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov o vaxtı demişdi ki, danışıqlarda müsbət tendensiya müşahidə olunur və bu tendensiyanı bərkitmək lazımdır.

Bu ilin əvvəlində də bu cür nikbin fikirlər səsləndirilir. Düzdür, Ermənistan tərəfindən belə fikirlər səsləndirilmirdi. Hətta bəzi siyasi dairələr düşünürdülər ki, Azərbaycan tərəfi bu proseslərə reaksiya verərək öz istəklərini əks etdirir. Artıq görünür ki, bu, belə deyil. Çünki son görüş nəticəsində hər iki ölkənin xarici işlər nazirlərinin yaydıqları bəyanatdan aydın olur ki, tərəflər qarşılıqlı olaraq öz əhalisini sülhə hazırlamaq qərarına gəliblər.

İlqar Vəlizadə: “Bu istiqamətdə danışıqların necə gedəcəyi üzümüzə gələn aylarda daha aydın görünəcək”.

Əhalini sülhə o zaman hazırlamaq olar ki, danışıqlar prosesində qarşılıqlı kompromisin müəyyən forumulu tapılsın. Danışıqlar prosesində Azərbaycan üçün əsas gözlənti torpaqların konkret olaraq qaytarılması və qaçqınların öz yurdlarına geri dönməsi məsələsinin müzakirə olunmasıdır. Çox güman ki, tərəflər bununla bağlı ümumi razılığa gəliblər. Azərbaycan tərəfinin nisbiliyi bunu sübut edir. Ümumiyyətlə, bu istiqamətdə danışıqların necə gedəcəyi üzümüzə gələn aylarda daha aydın görünəcək. Artıq növbəti görüşün təxmini vaxtı elan olunub və bu görüşlərin intensiv şəkildə keçirilməsi müəyyən konstruktivliyin olmasını göstərir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar