Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyadan qorxsaq, daha çox üstümüzə gələcək” - Politoloq

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri: “Biz Rusiyadan ifrat dərəcədə asılı da deyilik. Zaman-zaman sözümüzü də deməliyik, bəyanatlarımızı da verməliyik”

“Aydın məsələdir ki, bura hər hansı bir erməni gəlirsə, bu, problem yarada bilər və biz həmin şəxsin təhlükəsizliyi barədə düşünməliyik”.

Bu sözləri erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı Rusiya XİN-nin Azərbaycana etdiyi təzyiqləri şərh edərkən politoloq Elxan Şahinoğlu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi bir brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışmışdı. Onun fikrincə, ölkəmizə səfər edən Rusiya vətəndaşlarına qarşı diskriminasiya halı davamlı olaraq baş verib. XİN rəsmisi əlavə edib ki, Rusiya vətəndaşları aeoroportda saatlarla saxlanılıblar və daha sonra ölkədən rəsmi səbəb göstərilmədən zorla ölkədən çıxarılıblar.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın da cavabı gecikməmişdi. Leyla Abdullayeva cavabında Azərbaycanın mövqeyini ortaya qoyaraq bildirmişdi ki, Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır.

Dünən isə erməni əsilli vətəndaşların Azərbaycana buraxılmaması məsələsi Rusiya XİN tərəfindən yenidən gündəmə gətirilib. Belə ki, Mariya Zaxarova mövzu ilə bağlı son bəyanatı ilə kifayətlənməyib və məsələ ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyinə yaddaş qeydi göndərib. Zaxarova Azərbaycan dövlətini aşağılayıcı tərzdə iddia edib ki, guya Bakı “öz səhvlərini düzəldəcəyinə” söz verib.

Rusiya XİN-in bu cavabı üzərinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüoğlu öz münasibətini bildirib. Səfir XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın cavabını obyektiv olaraq qiymətləndirib və əlavə edib:

“Bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübədə var ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər”.

Səfir fikrini belə davam etdirib: “Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə heç bir şikayət olmayıb. Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər”.

Ermənistandakı məlum vəzyiyyətdən və Moskvanın Ermənistandakı mövqelərinin hiss olunacaq dərəcədə zəifləməsindən sonra Rusiyanın bu israrını nəylə əlaqələndirmək mümkündür? Və Rusiya XİN bu məsələni getdikcə daha çox qabartmaqla və Azərbaycana təzyiqlərini artırmaqla nəyə nail olmağa çalışır?

Mövzu ilə bağlı PİA.“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri siyasi analitik Elxan Şahinoğluna müraciət edib.

Elxan Şahinoğlu: “Rusiyanın erməni siyasəti əvvəlki kimi davam edir, yəni Rusiyada yenə də Ermənistana və ermənilərə meyilli böyük bir simpatiya var”.

Rusiya rəsmilərinin bu cür açıqlamalar verməklə əslində təxribatla məşğul olduqlarına diqqət çəkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri PİA.az-a açıqlamasında onu da vurğulayıb ki, Azərbaycan həm bura gələn erməni əsilli Rusiya vətəndaşlarının təhlükəsizliyini, həm də özünün milli təhlükəsizliyini düşünməyə məhkumdur. Rolitoloq hesab edir ki, Rusiya Azərbaycana istədiyi kimi təzyiq edə bilməz, çünki Azərbaycan Rusiyadan elə də asılı deyil:

Rusiya rəsmiləri bu cür açıqlamalar verməklə, əslində təxribatla məşğuldurlar. Çünki bilirlər ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, Xocalı soyqrımı törədilib.

Aydın məsələdir ki, bura hər hansı bir erməni gəlirsə, bu, problem yarada bilər və biz həmin şəxsin təhlükəsizliyi barədə düşünməliyik. Eyni zamanda bizim milli təhlükəsizliyimiz də dövlət siyasətinin bir nömrəli məsələsidir. Ona görə əgər Rusiya bu məsələdən narazıdırsa, ilk növbədə münaqişənin həlli ilə məşğul olmalıdır ki, iki xalq arasında həqiqi barışıq yaransın.

Digər tərəfdən Rusiya vətəndaşı olan bir azərbaycanlı Dağlıq Qarabağda girovluqdadır. Bəs bu məsələ ilə bağlı niyə danışılmır? Bu da məhz ikili siyasətin tərənnümüdür. Rusiyanın bu siyasəti əvvəlki kimi davam edir, yəni Rusiyada yenə də Ermənistana və ermənilərə meyilli böyük bir simpatiya var.

Elxan Şahinoğlu: “Əgər Rusiya bu məsələdən narazıdırsa, ilk növbədə münaqişənin həlli ilə məşğul olmalıdır ki, iki xalq arasında həqiqi barışıq yaransın”.

Sadəcə olaraq Rusiyadakı bəzi mərkəzlər Qarabağ münaqişəsinin həllində bir elə maraqlı deyillər. Düşünürlər ki, nə qədər ki, Qarabağ münaqişəsi aktualdır, həm Azərbaycana, həm də Ermənistana təsir edə bilərlər. Ona görə də hər iki tərəfə də zaman-zaman təzyiqlər göstərirlər.

Ancaq Rusiyadan bizə çox təzyiq edə bilməzlər, çünki Azərbaycan Rusiyadan elə də asılı deyil. Daha çox Ermənistan Rusiyanın basqısı altındadır və həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyadan asılıdır.

Azərbaycan öz iqtisadiyyatını qurmuş dövlətdir. Düzdür, Rusiyada yaşayan azərbaycanlılar var, bu amil var. Amma biz Rusiyadan ifrat dərəcədə asılı da deyilik. Zaman-zaman sözümüzü də deməliyik, bəyanatlarımızı da verməliyik. Rusiyadan qorxsaq, daha çox üstümüzə gələcək”.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar