Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Qərb arasında “Balkan savaşı”...

“Rusiya və Avropa Birliyinin istənilən məsələyə dair dialoqunda Qərbi Balkanlara dair qarşılıqlı ittihamlar əksik olmur. Zahirən burada geosiyasi rəqabət üçün elə bir əsas da yoxdur, amma ümumi inamsızlıq, beynəlxalq məsələlərə təməl yanaşmadakı fərqlər kommunikasiyasızlıq, qıcıq yaradır”

Bu haqda Karnegi Fondunun saytında Maksim Samorukov yazıb:

“Qərbi Balkanlara xarici yardım çox lazımdır və onlar Avropaya o qədər dərindən inteqrasiya olunublar ki, onlara yalnız AB kömək edə bilər. AB ölkələri xarici ticarət, investisiya, miqrasiya axını, maliyyə subsidiyaları kimi sahələrdə çox qabaqdadırlar. Balkanların Rusiya daxil digər xarici tərəfdaşları bunu gözəl anlayır və regionda güc balansında radikal dəyişiklik etməyə çalışmırlar…

Əgər Brüssel və Moskva Balkanlarda yarışırsa, bu bir-biriylə deyil, daha çox öz obrazıyla yarışdır. Rusiya özünü təkcə regional güc deyil, həm də maraqları postsovet məkanını aşan əsl qlobal dövlət kimi görmək istəyir. AB isə özünün proqressivliyini, cəlbediciliyini, sərhədlərində siyasi sabitlik və iqtisadi rifah təbliğ etmək bacarığını vurğulamaq fürsətini qaçırmır”

Müəllif Qərbi Balkanların da hər tərəfin səylərini birləşdirməyə yaxşı imkan yaratdığını qeyd edir:

“Belə ki, Rusiyanın özünü serbləri və pravoslav xristianların hüquqlarının müdafiəçisi kimi göstərmək arzusu AB-nin azlıqların hüquqlarını müdafiəsilə uzlaşır. Rusiyanın regiondakı enerji layihələri AB-nin Balkanların problemli ekoloji durumunu yaxşılaşdırmaq niyyətinə, yerli iqtisadiyyatların kömürdən təbii qaza keçidinə uyğundur. Və nəhayət, Moskva və Brüssel radikal İslamın yayılması, narkotik qaçaqçılığı, sərhədlərarası cinayətkarlıqdan narahatdır. Ancaq hələlik, tərəflər arasında əməkdaşlıq yoxdur, çünki Rusiyayla AB-nin ziddiyyətləri praktikdən çox ideolojidir”.(Strateq.az)

pia.az


Etiket: Balkan savaşı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar