Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın təklif etdiyi “Əsrin müqaviləsi”:Qərbi Şəriyyə ərazisinin 90 faizi fələstinlilərə veriləcək

Herb Keynon

“Jerusalem Post”, 16.01.2019

“Kanal 13”-ün məlumatına görə, Donald Trampın təklif etdiyi “Əsrin müqaviləsi”nin aprelin 9-da, seçkilərdən sonrası imzalanacağı gözlənilir. Müqaviləyə əsasən, Fələstin dövləti Qərb Şəriyə ərazisinin 85-90%-ini əhatə edəcək.

Vaşinqtonda yüksək səviyyəli bir Amerika rəsmisi tərəfindən planlaşdırılan brifinqdə iştirak etmiş bir qaynaq deyib ki, sazişdə böyük yaşayış məskənlərinin ilhaq edilməsinə və İsrail qanunlarına görə, qanunsuz sayılan məskənlərin boşaldılmasına çağırış var.

Təfərrüatları qayət-məxfi saxlanılan planda ərazi mübadiləsi də nəzərdə tutulub. Həmin ərazilər İsrail tərfindən ilhaq olunacaq. Lakin mübadilə payları aydın deyil.

Yitcar və İtamar kimi yaşayış məntəqələri plan çərçivəsində evakuasiya edilməyəcək, lakin heç bir əlavə tikiiyə (binaya) icazə verilməyəcək.

Qüdsə gəlincə, şəhər bölünəcək: Qərbi Qüdslə Şərqi Qüdsdəki bəzi rayonlar – İsrailin paytaxtı və Şərqi Qüdsdəki bəzi bölgələr, o cümlədən ərəblərin yaşadığı məhəllələr – Fələstin dövlətinin paytaxtı olacaq.

İsrail, Köhnə Şəhər və onun yaxın ətrafları, Məbəd Dağı və Qərb Divarı üzərində hökmranlığı qoruyacaq, lakin bu əraziləri fələstinlilər, iordaniyalılar və bəlkə də başqa ölkələrin təmsilçiləri birlikdə idarə ediləcəklər.

Məlumatda bildirilir ki, Ağ Evin gözləntiləri fələstinlilərə təqdim edilən planın rədd etməsidir, lakin İsrail “Əsin müqaviləsi”nə müsbət cavab verəcək.

ABŞ-la əlaqələri kəsmiş fələstinlilər Trampın irəli sürdüyü hər hansı bir planın rədd ediləcəyini indidən söyləyiblər.

Planın konturları haqqında hesabat dəqiqdirsə, Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan torpaqların sahəsi onların hazırda məskunlaşdığı A və B zonalarından ikiqat çoxdur. Yəni sabiq baş nazir Ehud Olmertin Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa 2008-ci ildə təklif və sonuncunun rədd etdiyi ərazidən daha az.

Olmert, Qərb Şəriyyədən demək olar ki, tam çəkilməni təklif etmişdi və İsrail, Yəhudiyyə və Səməriyyədən 6,3% -lik payı özündə saxlayaraq, böyük məskulaşma bloklarını birləşdirməyi və fələstinlilərə Qərb Şəriyyədəki 5.8% -ə bərabər olan İsrail torpaqlarını təklif etmişdi. O, həmçinin Köhnə Şəhər və müqəddəs yerləri beynəlxalq nəzarət altında qoymağı irəli sürmüşdü.

Ağ Evin üst səviyyəl bir rəsmisi hesabata cavab olaraq bildirib ki, “keçmişdə olduğu kimi, planın məzmununa dair dedi-qodular dəqiq deyil”.

Baş nazirlik ofisində bir vəzifəli şəh verməkdən imtina edib.

Beyt El Şurasının rəhbəri Şey Alon deyib: “ABŞ prezidenti bir çox şeyi əldə edib. O, ABŞ səfirliyini Qüdsə köçürən və Müqəddəs şəhərə olan hüquqlarımızı tanıyan ilk prezidentdir. Ancaq onun fələstinlilərlə qarşıdurmanın həllinə dair planı boşluqlarla doludur və əlbəttə, biz buna qarşı çıxırıq”.

Alon Qüdsün bölünməsi barədə hər hansı bir danışığı rədd edib. “Biz minlərlə illik qovulmadan sonra Qüdsə ona görə dönməmişik ki, iordaniyalı mühafizəçi Qərb divarının girişində bizi yoxlasın”.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ən çox oxunanalar