Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov Azərbaycan hakimiyyətinə meydan oxudu

Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimov Azərbaycan hakimiyyətini sərt tənqid edib

Mübariz Mənsimov sosial şəbəkədə paylaşdığı statusunda Azərbaycan hakmiyyəti tərəfindən ona edilən xəbərdarlığa sərt reaksiya verib:

“Bu gün bir azərbaycanlı məmur yanıma gəlmişdi. Sözünün məğzi bu idi ki, rüşvəti, yalanı görməyin, danışmayın. Yəni, görmə, duyma, danışma. Bu günə qədər olmayıb, ancaq bu yazdıqların sənə Azərbaycanda düşmən qazandıracaq.

Dedim ki, üzərimə topla gəlsəniz, nə olacaq? Gülüb, keçəcəm. Sözlərinə çox gülməklə bərabər bir şeyi anladım ki, Allah birisinin bəsirətini bağlayanda ancaq belə olur. Şərəfli həyat varkən, sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var? Mən 90-cı illərdə “Palmali”ni qurarkən də çox belələrinə rast gəldim. Onların gözü qorxa bilər, ancaq dənizçilər fırtınadan qorxmaz. Biz qorxmadıq və bu gün alnıaçəq, üzüağ millətimizin xidmətindəyik.
Dünən nə demişiksə, bu gün də eyni mövqedəyik. Dünən də açıq dənizlərdən, okeanlardan qorxmadıq, sabah da qorxmadan haqqı deməyə davam edəcəyik.

Hər kəs öləcək, kimsə bu dünyadan yapışıb qalmayacaq. Ancaq öldükdən sonra kimisinin arxasından lənət, kimisinə isə rəhmət oxuyacaqlar. Çalışaq, hər birimizin arxasından rəhmət oxunsun.

O məmurun məsləhəti mənə İmadəddin Nəsiminin bu beytini xatırlatdı:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz..

Məncə, kimsə haqqdan qaçmamalıdır. Çünki hər birimizin bir gün Haqq günü olacaqdır.(AzToday.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar