Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloqdan XİN-ə etiraz: “Bu açıqlamalar Paşinyanın xeyrinədir, çünki...”

"Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqları ilə bağlı optimist açıqlamalara son qoymalıdır. XİN-nin bəyanatlarını oxuduqda, belə görüntü yaranır ki, danışıqların gedişi Azərbaycanın xeyrinədir"

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, XİN-nin bu gün AzərbaycanErmənistan xarici işlər nazirlərinin Parisdəki görüşü ilə bağlı yaydığı bəyanatdakı "Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb” - cümləsini xatırladaraq, qeyd edir ki, bu tip cümlələr işğalçının başının altına yastıq qoyur: "25 ildir eyni bəyanatlar, eyni açıqlamalar verilir, işğal isə davam edir. XİN-nin bəyanatında göstərildiyi kimi "müzakirələr faydalı və müsbət istiqamətdə” gedirsə, nədən yerimizdə sayırıq?

Tam əminliklə deyirəm ki, bu tip açıqlamalar Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın xeyrinədir. O, hazırda daxili problemlərlə üz-üzədir, ona görə də Qarabağla bağlı status-kvonu uzatmağa çalışır və belə çıxır ki, biz ona bu imkanı yaradırıq".

Politoloqun sözlərinə görə, XİN deməliydi ki, "biz Ermənistandan konkret addımlar gözləyirik, Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlanılması üçün heç bir əsas yoxdur və s.".(Mia.az)

pia.az


Etiket: XİN-ə etiraz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar