Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən yaşlı sakini vəfat etdi - 38 nəvəsi, 72 nəticəsi var...

Şimal regionunda ən yaşlı seçici və yaşlı şəxs kimi siyahıya düşən, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirova bir neçə gün öncə dünyasını dəyişib

Bu barədə Sputnik Azərbaycan-a onun böyük oğlu Zöhrab Dəmirov məlumat verib.

Xatırladaq ki, bir əsrdən çox ömür yaşayan Nəcimə nənə ötən il keçirilən prezident seçkilərində ən yaşlı seçici kimi öz səsini verib. Mətbuat orqanları neçə illər ərzində Nəcimə nənənin səsverməsini işıqlandırmaq istəsə də, o, heç vaxt buna razı olmamışdı. Amma ötən ilki seçkilərdə səsverməsinin işıqladırılmasına razı olmuşdu.

Nəcimə nənənin böyük oğlu Zöhrab müəllim həmin anı belə xatırlayıb: "Anam yatağa düşəndən özünə qapanmışdı. Nə heç kimi görmək, nə də eşitmək istəyirdi. Hətta musiqi səsi gələndə əsəbləşirdi. Televiziya kanallarından və saytlardan hər seçki ərəfəsində anamı çəkmək üçün müraciətlər gəlirdi. Amma o, hər dəfə təklifi rədd edirdi. Sonuncu prezident seçkilərində "səni bir qız çəkmək istəyir" dedikdə "gəlsin" deyib, razılıq verdi. Biz də şad olduq".

Onu da qeyd edək ki, N.Dəmirovanın 7 övladı, 38 nəvəsi, 72 nəticəsi, 10 kötücəsi var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar