Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şayiələri və təşvişi kim yayır?

Sosial şəbəkələrdə və “WhatsApp” messencerində naməlum şəxslər təxribat xarakterli məlumatları kütləvi şəkildə yayaraq, əhali arasında təşviş doğuran şayiələr yaymağa çalışırlar

Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və “donuz qripi” epidemiyası ilə qorxudurlar. Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirlər.

Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Eyni zamanda, virtualaz.org-a hökumətdən verilən məlumata görə, söhbət yalnız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin hava şəraitinin pisləşməsi və güclü külək haqqında xəbərdarlığından gedir.

Xatırladaq ki, son güclü fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Məhz buna görə də, ölkə rəhbərliyi əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar etmək məqsədilə bütün qabaqlayıcı tədbirləri görüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar