Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi bütün qüvvələri səfərbər edəcək

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən bütövlükdə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hər biri gücləndirilmiş iş saatı ilə xidmət edəcək və bütün qüvvələr səfərbər olunacaq.

V.Əsədov bildirib ki, xüsusilə yol hərəkətində təhlükəsizliyi təmin etmək, hərəkət iştirakçılarını bu vəziyyətdən çıxarmaq üçün ərazi tam nəzarət götürülməklə enişli-yoxuşlu yollar, sərt döngələr, tunellər, körpülər yol polis əməkdaşlarının nəzarətində olmaqla keçmə növbəliyi təmin ediləcək, eyni zamanda polis nəfərləri nizamlayıcı qismində xidmət göstərəcəklər:

“Ona görə də sükan arxasında olanlar yol polisi nəfərlərinin nizamlayıcı qismində olmasını diqqətdə saxlamalı və onların göstərişlərinə düzgün və dəqiq riayət etməlidirlər. Təbii ki, belə hava şəraitində birinci tövsiyəmiz odur ki, şəxsi nəqliyyat vasitələrindən imtina edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin. Digər tərəfdən belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə şərait yaradılsın. Piyadalar onlar üçün ayrılmış yollarla getməyə üstünlük verməlidir. Təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısı funksional vəzifəsini bilməli və onu düzgün yerinə yetirməlidir”.

V.Əsədov gözlənilən güclü küləklə əlaqədar da sürücülərə tövsiyə edib. O qeyd edib ki, ola bilər ki, güclü külək ağacların aşmasına təsir göstərsin: “Sürücülər avtomobillərini ağaclara yaxın yerlərdə saxlamaqdan imtina etsinlər. Hava şəraiti ilə bağlı sürüşmə ehtimalı ola bilər. Sürücülər sürət həddini minimuma endirməlidir, ara məsafələrini normadan artıq saxlamalıdır, yol nişanlarına əməl etməlidirlər. Avtomobillərin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, işıq cihazları təmiz saxlanmalıdır”.

pia.az

 


Etiket: Güclü külək

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar