Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı: “Ötən il 98 dini icma qeydiyyata alınıb”

“Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub”

Bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, 22 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb: “Ümumilikdə 98 dini icma (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb”.

M.Qurbanlı əlavə edib ki, 741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib: “Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-i zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilib”.

O qeyd edib ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar