Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Aksiya iştirakçıları hökumət binasının qarşısında toplaşıblar. Onlar yaxın zamanlarda icbari sığortanın dəyərinin bahalaşacağını bildirir və sığorta ödəmələrinin həcminin azlığından şikayət edirlər. Vergi ödəyiciləri isə qeyd edirlər ki, hökumətə etibarları qalmayıb. Onlardan toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir. Üstəlik vergi qanunları vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmur.

Etirazçılardan biri deyir ki, məsələ ilə bağlı Nikol Paşinyana 50-yə yaxın məktub yazıb, lakin onların heç birinə cavab ala bilməyib. Narazı kütlə Ermənistan hakimiyyətinin bütün müəssisələr üçün vergi ilə bağlı eyni şərait yaradılması barədə dəfələrlə səsləndirdiyi vədə daha ciddi yanaşmadığını da bildirir. Bu problemin artıq ciddi xarakter aldığını qeyd edən aksiya iştirakçıları etirazları davam etdirməyə qərar veriblər.

Ermənistanda inqilabdan sonra əmlakın yenidən bölüşdürülməsi baş tutmayıb və bu, kütləvi informasiya vasitələrinə də aiddir”.

Bu sözləri isə Nikol Paşinyan deyib. O bildirib ki, ölkədəki media qurumları ya keçmiş hökumət nümayəndələrinə, ya da hazırkı hökumətə müxalif olanlara məxsusdur. Paşinyan ona qarşı çıxan qüvvələri hədələməkdən də çəkinməyib. Onun sözlərinə görə, keçmiş hakim qüvvələr törətdikləri əməllərə görə cavab verəcəklər. Artıq Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb. O, 2008-ci il martın 1-2-də ölkədəki konstitusiya quruluşunu devirməkdə və kütləvi iğtişaşlar törətməkdə günahlandırılır. Bu barədə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib. Qeyd edib ki, Ohanyanı da Robert Koçaryan kimi həbs gözləyir. İşğalçı ölkə parlamenti isə növbəti iclasında yeni tərkibini formalaşdırıb. “Mənim addımım” blokundan Alen Simonyan və Lena Nazaryan, “Çiçəklənən Ermənistan” partiyasından Vaqe Enfiadcan Milli Şuranın vitse-spikerləri təyin olunublar.(AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar