Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA sürücülərə xəbərdarlıq etdi - Fotolar

"Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində dövlət başçısının müvafiq fərmanından irəli gələn məsələlərin həlli davam etdirir"

Bu barədə BNA-nın açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, paytaxtın müxtəlif ərazilərində müşahidə kamerları dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesi fasiləsiz rejimdə həyata keçirilir: "Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib. Lakin səlahiyyətlərin icrası zamanı bəzi nəqliyyat vasitələrinin sahibləri tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif qanun pozuntularına yol verildiyini müşahidə etmək olar. Qeyd edək ki, bəzi sürücülər onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır".

Qeyd edək ki, bu hal yol hərəkəti haqqında qanunun tələbinin kobud pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

BNA bəyan edir ki, bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunacaq: "Sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd, paytaxtın küçə və prospketlərində nizam-intizamın yaradılması, rahat və təhlükəsiz hərəkətin, həmçinin, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsidir. Yol hərəkəti qaydalarına əməl etməyiniz tövsiyə edilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar