Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Facebook” siyasi reklam şərtlərini ağırlaşdırır

Facebook öz platformasında siyasi reklam şərtlərini ağırlaşdıracağını bəyan edib

İlkin olaraq yeni qaydalar Hindistan, Nigeriya və Ukraynadakı seçkilərə şamil olunacaq.

“Reuters” in verdiyi xəbərə görə, şirkət bu addıma seçki prosesinə kənar təsirlərin qarşısının alınması məqsədilə getdiyini bildirib. “Facebook”un qlobal siyasət üzrə direktoru Keti Harbatın sözlərinə görə, Nigeriyada fevralın 16-da keçiriləcək seçkilər öncəsi yalnız həmin ölkədəki şirkətlər reklam yerləşdirə biləcəklər. Eyni praktika Ukraynada tətbiq olunacaq.

“Biz hər bir ölkədən dərs çıxarırıq,”-deyə sosial şəbəkənin admin rəhbərlərindən Rob Lezern söyləyib. Onun bildirdiyinə əsasən, sosial şəbəkədə seçkilərə müdaxilə ilə mübarizənin əsas elementi reklamın 7 il ərzində “facebook” kitabxanasında saxlanılmasıdır.

Qeyd olunur ki, “Faceook”un əl-ayağa düşməsinə əsas səbəb “Cambridge Analytica” adlı analitik şirkətin şəbəkənin on milyonlarla istifadəçisini şəxsi məlumatları toplayaraq bunu əsasında seçicilərin siyasi seçimlərinin alqoritmini müəyyən etməsi olub. Həmin alqoritm sayəsində müəyyən seçici kütləsinə istənilən tərzdə reklam yönələtmək mümkündür.

ABŞ mediası Rusiya xüsusi xidmət orqanlarının məhz bununla müxtəlif troll hesablarla Donald Trampın uğurlu reklamını apardığını vurğulayırdı.(musavat.com)

pia.az

Etiket: Facebook

Şərh yazın.

loading...