Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Pakistana kreditlə 100 milyon dollarlıq neft məhsulları satmaq istədi, iki struktur etiraz etdi

Pakistanın Ticarət Nazirliyi və dövlət satınalmalarının nizamlanması üzrə Orqanı (PRPA) Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın bu ölkəyə 3 aylıq kreditlə 100 milyon dollarlıq neft məhsulları və sıxılmış qaz satmaq təklifinə etiraz edib

Virtualaz.org Pakistan KİV-lərinə istinadən xəbər verir ki, həmin strukturlar hökumətin yerli PSO şirkəti ilə SOCAR arasında kreditlə neft məhsullarının alınmasına dair müqavilənin imzalanmasına dair yanvarın 1-də verdiyi təklifə qarşı çıxıb.

Həmin müqavilə Pakistanla Azərbaycan arasında hökumətlərarası razılaşma çərçivəsində imzalanmalı idi. Razılaşmaya əsasən Pakistan tərəfi PSO şirkətini SOCAR-la dövlət qarantiyası olmadan 100 milyon dollarlıq kredit xəttinin açılmasına dair sövdələşmənin imzalanması üçün müvəkkil təyin edib.

Təklif yanvarın 1-də Pakistan hökumətinin iqtisadi koordinasiya Komitəsinin (ECC) iclasında müzakirə edilib. Lakin Ticarət Nazirliyi və PRPA təklifin onlarla əvvəlcədən müzakirə edilmədiyini əsas gətirərək qarşı çıxıblar. Bundan sonra ECC SOCAR-la müqavilənin bağlanması məsələsini təxirə salıb.

Azərbaycanla kredit xətti SOCAR-a Pakistana neft və sıxılmış qaz ixrac etməyə imkan verəcəkdi. Bildirilirdi ki, Azərbaycan tərəfi Pakistanla dostluq münasibətlərindən çıxış edərək bu ölkəyə neft və sıxılmış qazın güzəştli şərtlərlə, dövlət qarantiyası olmadan kreditlə satılmasına razılıq verib. Pakistan əsasən Yaxın Şərq ölkələrindən kreditlə 3.2 milyard dollarlıq neft almağa ümid edir ki, ölkədə yanacağa olan tələbatı ödəyə bilsin.

Pakistanın valyuta ehtiyatlarının sürətlə tükəndiyi bir vaxtda hökumət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə neft krediti xəttini genişləndirməyə nail olub. Belə bir vaxtda Azərbaycan hər hansı suveren qarantiya olmadan neft məhsulları almaq üçün Pakistana 100 milyon dollarlıq kredit xətti açmağa razılılıq verib. Bu təklif kiçik olsa da yerli mətbuat yazır ki, Pakistanın valyuta ehtiyatlarının tükənməsinin qarşısını almağa kömək edəcəkdi. Lakin bu razılaşma Pakistanda bürokratik əngəllərlə qarşılaşıb. İndi ECC xüsusi icazə verməlidir ki, Azərbaycan şirkəti ilə müqaviləni PRPA qaydalarından yan keçməklə imzalamaq mümkün olsun.

Məlumata görə PSO şirkətinin direktorlar şurası SOCAR-la sövdələşmə layihəsini razılaşdırıb və hökumətdən xahiş edib ki, Azərbaycandan neft məhsulları idxal etmək üçün ona PRPA qaydalarından yan ötməyə icazə versin.

Planlaşdırılır ki, SOCAR Pakistana neft məhsullarını Birləşmiş Ərəb Əmirliklərindəki Fujeyra terminalından çatdıracaq.

pia.az


Etiket: Socar Pakistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar